Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında niyə rüb və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı əsas götürüldü?
Satışı yekunlaşmaqda olan "Əmək Məcəlləsi 2026" kitabından seçmə
Növbəti tematik təlim 11 aprel 2026-cı il tarixdə saat 10:00-da "Məzuniyyətin uçotu və inzibati cərimələr" mövzusunda həyata keçiriləcək. Tematik təlimdə iştirak üçün 050-368-12-72 saylı telefonla (what's app da aktivdir) və mksacademy2022@gmail.com email adresslə əlaqə saxlamaq lazımdır.
“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”nın 2.7-ci bəndinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət əmək qabiliyyətinin müvəqqəti itirildiyi aydan əvvəlki ardıcıl 4 rüb üzrə sığortaolunan üçün ödənilmiş (həmin dövr üçün hesablanmış) məcburi dövlət sosial sığorta haqqının dörd misli (bundan sonra – qazanc) əsasında hesablanır.
Göründüyü kimi, əvvəlki redaksiyadan fərqli olaraq artıq hesablamanın bazası işçinin son 12 aylıq gəliri deyil, əvvəlki ardıcıl 4 rüb üzrə ödənilmiş sosial sığorta haqqıdır.
Əvvəlki və yeni yanaşmanın müqayisəsini misallarla izah edək.
Mİsal 1. İşçi 2025-ci ilin dekabr ayında əmək qabiliyyətini müvəqqəti itirmişdirsə, əvvəlki qaydaya əsasən onun 2024-cü ilin dekabr – 2025-ci ilin noyabr ayları üzrə (son 12 ay) gəlirləri əsas götürülürdü.
Yeni qaydaya əsasən isə, məsələn, işçi 2026-cı ilin dekabr ayında əmək qabiliyyətini müvəqqəti itirərsə, həmin tarixdən əvvəlki ardıcıl 4 rüb üzrə məlumatlar əsas götürüləcək (müvafiq olaraq 2025-ci ilin IV rübü və 2026-cı ilin I–III rübləri).
Sual yarana bilər: niyə son 12 ayın gəlirləri deyil, ardıcıl 4 rüb üzrə məlumatlar əsas götürüldü?
Çünki işçi rübün 2-ci və ya 3-cü ayında xəstələndikdə, işəgötürən həmin rüb üzrə hesabatları növbəti dövrdə təqdim edirdi. Bu halda DSMF-yə işçinin gəlirləri barədə əlavə arayış təqdim olunmalı olurdu.
Proaktiv sistemin tətbiqi zamanı isə işəgötürəndən əlavə sənəd tələb edilməsi avtomatlaşdırılmış mexanizmə mane olurdu.
Dövlət orqanı əvvəlki ardıcıl 4 rüb üzrə sosial sığorta məlumatlarını sistem üzərindən avtomatik əldə etmək imkanına malikdir. Bu da proaktiv təyinatın tam avtomatlaşdırılmasına şərait yaradır.
Gəlir yox, ödənilmiş sosial sığorta haqqı niyə əsas götürüldü?
Yeni yanaşmada əsas fərq ondan ibarətdir ki, artıq işçinin faktiki gəliri deyil, onun üçün ödənilmiş (və ya hesablanmış) məcburi dövlət sosial sığorta haqqı nəzərə alınır.
Bu dəyişiklik iki məqsədə xidmət edir:
- Proaktiv mexanizmin sadələşdirilməsi;
- Sui-istifadə hallarının qarşısının alınması.
Mİsal 2. İşçinin son 12 ay üzrə gəliri 20 000 manat olmuşdur. Lakin işəgötürən tərəfindən sosial sığorta haqqı düzgün və ya tam həcmdə ödənilməmiş, məsələn, işçinin fərdi hesabına cəmi 1 000 manat sosial sığorta ödənişi daxil olmuşdur.
Əvvəlki qaydada müavinət 20 000 manatlıq gəlir bazası əsasında hesablana bilərdi.
Yeni qaydaya əsasən isə hesablamanın bazası ödənilmiş sosial sığorta haqqının dörd mislidir:
1 000 manat × 4 = 4 000 manat.
Qeyd edək ki, hər bir işçi myGov portalında aylar üzrə gəlirlərini və həmin gəlirlər üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqqını görə bilər.
Beləliklə, sistemdə görünən “Hesablanmış” məbləğ işçi üzrə həmin ay üçün məcburi dövlət sosial sığorta haqqının məbləğini əks etdirir və yeni qaydaya əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında məhz bu göstəricilər baza rolunu oynayır.
Satışda olan YENİ nəşrlərimiz:
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya mksacademy2022@gmail.com
Satışı davam edənlər:
1. Vergi Məcəlləsi 2026 (Son dəyişikliklərin izahı ilə)
2. Mühasibat uçotu (Müəllif Faiq Abdullayev)
Yaxın zamanlarda satışda olacaq nəşrlər
1. Əmək Məcəlləsi 2026 (son dəyişikliklərin izahı)
2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı - 2026
3. Əməyin uçotu: A-dan Z-yə - 2026
4. ƏMAS Platforması: A-dan Z-yə 2026
5. Vergi uçotu: A-dan Z-yə 2026
6. PMS Sertifikatı (II Mərhələ): Test və Tapşırıqlar Toplusu 2026
7. Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - I nəşr
8. Kargüzarlıq: A-dan Z-yə - VI nəşr
0 Komment
Şərh yazın