Əlaqə

050-368-12-72

Bizə yazın

mksacademy2022@gmail.com

Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə
  • Xəbərlər
    • Vergi işi
    • İqtisadi
    • Maliyyə
    • Sosial
  • İnsan resursları
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
    • Qanunvericilik
    • Nəşrlər
  • Mühasibatlıq
    • Sual-cavab
    • Təlimlər
    • Nəşrlər
    • Məqalələr
    • Rəsmi sənədlər
  • Vergi
    • Sual-cavab
    • Nəşrlərdən seçmələr
    • Məqalələr
  • Məhsullarımız
    • Kitablar
    • Təlimlər
    • Jurnal
    • Konsaltinq
  • Haqqımızda
  • 050-368-12-72

    mksacademy2022@gmail.com

    Bakı şəhəri, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 17-ci mərtəbə

İntizam tənbehinin müddəti və vaxtından əvvəl götürülməsi necə tənzimlənir?

  • Əsas səhifə
  • Məqalələr
  • 0 Komment
  • 24 İyul 2023

İntizam tənbehinin müddəti və vaxtından əvvəl götürülməsi necə tənzimlənir?

Satışı yalnız kitabxanalarda həyata keçirilən "Əməyin uçotu: A-dan Z-yə" (III nəşr) kitabından seçmə

Ümumilikdə işəgötürən tərəfindən verilən intizam tənbehinin qüvvədən düşməsinin üç növü var:
Birincisi, intizam tənbehinin qüvvədə olması müddətinin başa çatmasıdır.
Əmək Məcəlləsinin 190-cı, “İntizam tənbehinin müddəti və vaxtından əvvəl götürülməsi” maddəsinin birinci hissəsinə əsasən, intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur.
Mİsal.  İşəgötürən 1 may 2021-ci il tarixdə işçiyə töhmət verir. Artıq həmin intizam tənbehinin qüvvədən düşmə vaxtı 31 oktyabr 2021-ci il tarixi hesab edilir.
İkincisi, işəgötürənin verdiyi intizam tənbehini ləğv etməsidir. 
Əmək Məcəlləsinin 190-cı maddəsinin ikinci hissəsinə əsasən, işçi verilən intizam tənbehindən nəticə çıxararaq əmək funksiyasını yüksək səviyyədə yerinə yetirərsə, müəssisədaxili əmək və intizam qaydalarını pozmazsa işəgötürən işdə fərqləndirilmə qaydasında intizam tənbehini vaxtından əvvəl öz əmri (sərəncamı, qərarı) ilə ləğv edə bilər.
Mİsal. İşəgötürən satış göstəriciləri zəif olan işçiyə 2020-ci ilin may ayında töhmət verir. Amma işçinin iyun və iyul ayı üzrə satış göstəriciləri kifayət qədər yüksək olduğu üçün, işəgötürən avqust ayında qərar verir ki, may ayında verilən intizam tənbehi ləğv olunsun.
Üçünçü hal odur ki, işəgötürən işçiyə intizam tənbehi tətbiq etdikdən sonra, onu hansısa formada mükafatlandırır. 
Əmək Məcəlləsinin 190-cı maddəsinin dördüncü hissəsinə əsasən, intizam tənbehinin qüvvədə olduğu müddət ərzində əmək funksiyasını yüksək peşəkarlıqla yerinə yetirdiyinə, müəssisədaxili intizam qaydalarına əməl etdiyinə görə işçi Əmək Məcəlləsinin 185-ci maddəsində nəzərdə tutulmuş hər hansı həvəsləndirmə vasitələri ilə mükafatlandırılarsa, həmin gündən ona verilmiş intizam tənbehi qüvvədən düşmüş hesab edilir.
Mİsal.1. İşəgötürən sentyabr ayında intizam tənbehi tətbiq etdiyi işçiyə oktyabr ayında  əmək funksiyasını yüksək peşəkarlıqla yerinə yetirilməsi səbəbindən 500 manat mükafat verir. Artıq işçiyə bu cür mükafatın verilməsi onun intizam tənbehinin qüvvədən düşməsi deməkdir.
Mİsal.2. İşəgötürən avqust ayında intizam tənbehi tətbiq etdiyi işçiyə 9 noyabr – Dövlət Bayrağı Günü münasibəti ilə 100 manat mükafat təqdim edir. Bu cür mükafatın verilməsi intizam tənbehinin qüvvədən düşməsinə səbəb olmur. Çünki Əmək Məcəllsəinin 185-ci maddəsinə əsasən, həvəsləndirici mükafat əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş işçilərə verilir.  Bayramla bağlı verilən mükafat bu kateqoriyaya aid edilmir.
Bir məsələni qeyd edək ki, Əmək Məcəlləsinin 288-ci maddəsinin “f” bəndinə əsasən, intizam tənbehi verilməsi fərdi əmək mübahisələrinin yaranmasına əsasdır. Həmçinin, Məcəllənin 190-cı maddəsinin üçünçü hissəsinə əsasən, intizam tənbehi verilən işçi işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər.

Mİsal. İşəgötürən işçinin əmək intizamını pozmasını əsas tutaraq, ona intizam tənbehinin növü olan töhmət elan edib. İşçi də tətbiq olan intizam tənbehi ilə razı olmadığı üçün həmin əmrin ləğv olunması iddiası ilə məhkəməyə üz tutub. Hətta işçinin hüququ var ki, işəgötürənin intizam tənbehini tətbiq etməsi səbəbindən ona vurulan mənəvi zərərin ödənilməsi ilə bağlı iddia qaldırsn.
Bölmənin əvvəlində qeyd etdik ki, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Mümkündür ki, işəgötürən bir dəfə intizam tənbehi tətbiq etdikdən sonra yaxın dövrdə işçi tərəfindən yenindən intizam xətası törədilmiş olsun. 
Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən, əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallara işçinin əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması da  aid edilir.
Mİsal. İşəgötürən iş yoldaşı ilə mübahisə etdiyi üçün işçiyə intizam tənbehinin növü olan töhmət verib. Həmin intizam tənbehinin üzərindən bir ay müddət keçdikdən sonra işçi yenidən iş yoldaşı ilə əsassız mübahisə edir. Bu halda işəgötürən ilk intizam tənbehindən 6 ay keçmədiyini əsas götürərək, işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsini “c” bəndi ilə xitam vermək hüququna malikdir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir), 012-564-86-85 və ya mksacademy2022@gmail.com

Bütün kitabların satışı yalnız kitabxanalar kitabxanalar vasitəsiylə həyata keçirlə bilər
1. PMS Sertifikatı (II mərhələ) - Test və tapşırıqlar toplusu - 2023 - YENİ 

2. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (III nəşr) -2023  

3. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2023 

4. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2023

5. Əmək Qanunvericiliyi Toplusu 2023

6. Əməyin uçotu: A-dan Z-yə (III nəşr) 2023

7. A-dan Z-yə: Kargüzarlıq (V nəşr) 2023

8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları 2022

9. Mühasibat uçotu 2022

10. ƏMAS platforması A-dan - Z-yə 2022

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    23 İyun 202609:10

    ƏLA DƏYİŞİKLİK! ƏMAS Platformasında həmkarların gözlədiyi bölmə əlavə edilir

    24 İyun 202615:52

    ƏLA XƏBƏR! Artıq işçilərinizin neçə gün əsas və əlavə əmək məzuniyyətinə malik olduğu ƏMAS Platformasında siyahı şəklində təqdim edilir

    16 İyun 202610:43

    İstifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması zamanı sonuncu əmək haqqı müqayisəsi həyata keçirilməlidirmi?

    08 İyul 202615:29

    DİQQƏT! İşəgötürənlər üçün sağlamlıq haqqında tibbi arayış və narkoloji müayinə rəyi ilə bağlı yeni inzibati cərimələr təsdiq edildi

    Populyar Teqlər

    • Vergi işi
    • Əməyin uçotu
    • Sual-cavab
    • Mühasibatlıq
    • Nəşrlərdən seçmələr

    Xəbərlər

    Sosial

    DİQQƏT! İşəgötürənlər üçün sağlamlıq haqqında tibbi arayış və narkoloji müayinə rəyi ilə bağlı yeni inzibati cərimələr təsdiq edildi.

    • 08 İyul 2026

    Vergi işi

    ŞAD XƏBƏR! ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürə biləciyik.

    • 01 İyul 2026

    Məqalələr

    ƏLA XƏBƏR! Artıq işçilərinizin neçə gün əsas və əlavə əmək məzuniyyətinə malik olduğu ƏMAS Platformasında siyahı şəklində təqdim edilir.

    • 24 İyun 2026

    Məqalələr

    ƏLA DƏYİŞİKLİK! ƏMAS Platformasında həmkarların gözlədiyi bölmə əlavə edilir.

    • 23 İyun 2026

    Məqalələr

    İstirahət günləri ilə bağlı əmək haqqı hesablanmasına niyə “saatlıq” sözləri əlavə edildi?.

    • 22 İyun 2026

    Vergi işi

    İnformasiya texnologiyaları sahəsində çalışan hansı mütəxəssislər 20 il müddətində gəlir vergisindən azaddırlar?.

    • 19 İyun 2026

    Məqalələr

    İstifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması zamanı sonuncu əmək haqqı müqayisəsi həyata keçirilməlidirmi?.

    • 16 İyun 2026

    Məqalələr

    İşçiyə edilən hansı ödənişlər muzdlu işlə əlaqədar fəaliyyətdən əldə olunan gəlirə daxil edilir? (4 misalla izah).

    • 12 İyun 2026

    Vergi işi

    ƏLA XƏBƏR! ƏDV Depozit hesabından sosial ayırmalar üzrə ödənişləri edə biləcəyik?.

    • 11 İyun 2026

    Məqalələr

    12 aydan az müddətdə işləyənlər üçün əmək məzuniyyətinin hesablanmasında hansı dəyişiklik tətbiq edildi? (Misalla izah).

    • 11 İyun 2026

    Məqalələr

    Məzuniyyət zamanı niyə həmişə “sonuncu əmək haqqı” anlayışı tətbiq edilməlidir?.

    • 10 İyun 2026

    Məqalələr

    Bayramdan öncəki iş gününün müddətinin 1 saat qısaldılması ilə bağlı hansı fərqli yanaşma oldu?.

    • 09 İyun 2026

    blog

    Faydalı Linklər

    • Vergi işi
    • Mühasibatlıq
    • İnsan Resursları
    • Maliyyə
    • Sual-cavab

    Sosial Media

    • Facebook
    • Twitter
    • Instagram

    MKS.AZ Bütün hüquqlar qorunur