Çərşənbə, 22 Dekabr 2021 11:38

Əmək məzuniyyətlərinin növbəlilik qrafikinə dəyişiklik edilməsinin rəsmiləşdirilməsi

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (IV nəşr) kitabından seçmə

Misal. Tutaq ki, işçi 2019-cu ilin yanvarında razılaşıb ki, həyat yoldaşının hamililəliyə və doğuma görə sosial məzuniyyətdə olduğu vaxtın doğum dövrünə təsadüf edən ayında - iyunda əmək məzuniyyətinə çıxacaq və qrafikdə də belə qeyd olunub. Ancaq sonradan işçi həyat yoldaşının hamiləliyinin çətin keçməsi ilə bağlı fikrini dəyişir və təşkilatın rəhbərinə ərizə ilə müraciət edərək qrafikə dəyişiklik olunmasını xahiş edir. Bu halda təşkilatın rəhbəri işçinin xahişini nəzərə almalıdır. Çünki Azərbaycan Respublikasının Əmək Məcəlləsində qeyd olunur ki, işçinin arzusu ilə əmək məzuniyyəti arvadının hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu dövrdə verilir. Hətta bu zaman işçinin arzusunun təmin edilməsi üçün müəssisədə işlədiyi müddətin belə heç bir əhəmiyyəti olmur. Müvafiq ərizənin nümunəvi formasını təqdim edirik:

“Alov” MMC-nin direktoru

Nəbili Nüsrət Nadir oğluna

Marketinq şöbəsinin satış mütəxəssisi

Quliyev Rza Əşir oğlu tərəfindən

ƏRİZƏ

Xahiş edirəm 2019-cu il üçün əmək məzuniyyətlərinin növbəlilik qrafikində ___ ______2019-cu ildən ___ ________2020-ci ilə kimi olan iş ili üçün 01 iyun 2019-cu il tarixindən 30 iyun 2019-cu il tarixinədək olan dövrü əhatə edən 30 təqvim günü əmək məzuniyyətimin (əsas və əlavə məzuniyyət müddəti göstərilməklə) həyat yoldaşımın hamiləliliyinin ağır keçməsi ilə əlaqədar 01 aprel 2019-cu il tarixindən 30 aprel 2019-cu il tarixinədək olan dövrə keçirilməsini təmin edəsiniz.

___________ Quliyev R.Ə.

Tarix: ________

—————————————————

İşçi belə bir ərizəyə həyat yoldaşının hamilə olmasını və hamiləliyinin ağır keçməsini təsdiq edən sənədləri əlavə etməlidir. Məzuniyyətin vaxtının dəyişməsi ərizəsinin yazılması ilə bağlı Azərbaycan Respublikasının Əmək Məcəlləsində hər hansı müddət nəzərdə tutulmayıb. Eyni zamanda, ərizənin standart forması da yoxdur, işçi onu əlyazma şəklində yaza və ya komputerdə yığıb çap edə bilər. Təşkilatın rəhbəri işçinin ərizəsi üzərinə müsbət dərkənar qoyduqdan sonra kadrlarla iş şöbəsi müvafiq əmrin layihəsini hazırlayıb təsdiq üçün təqdim edir. Əmrin nümunəvi forması növbəti səhifədəki kimi olacaq:

 

Blank “Alov” MMC

ƏMR

№________

Xaçmaz şəhəri                                 ___ _________________2019-cu il

2019-cu il üçün əmək məzuniyyətlərinin növbəlilik qrafikinə dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 133-cü maddəsinin 4-cü bəndinə, 134-cü maddəsinin 1-ci bəndinə və marketinq şöbəsinin işçisi Quliyev Rza Əşir oğlunun ___ ________2019-cu il tarixli ərizəsinə uyğun olaraq

ƏMR EDİRƏM:

  1. Marketinq şöbəsinin işçisi Quliyev Rza Əşir oğlunun 2019-cu il üçün məzuniyyətlərin növbəlilik qrafikində 01 iyun 2019-cu il tarixindən 30 iyun 2019-cu il tarixinədək nəzərdə tutulmuş 30 təqvim günü əmək məzuniyyəti (əsas və əlavə məzuniyyət müddəti göstərilməklə) 01 aprel 2019-cu il tarixindən 30 aprel 2019-cu il tarixinədək olan dövrə keçirilsin.
  2. İşçinin işə başlama tarixi 01 may 2019-cu il hesab edilsin.
  3. Kadrlarla iş şöbəsinin müdiri Nağıyeva Nazlı Səmədağa qızı ____ ________2019-cu il tarixli, _____№-li əmrlə təsdiq edilmiş əmək məzuniyyətlərinin növbəlilik qrafikində müvafiq dəyişikliyi həyata keçirsin.
  4. Baş mühasib Səlimova Sultanə Sahib qızı əmrin icrasından irəli gələn maliyyə məsələlərini həll etsin.
  5. Əmrin icrasına nəzarət Kadrlarla iş şöbəsinin müdiri Nağıyeva Nazlı Səmədağa qızına həvalə olunsun.

 

Direktor _______ Nəbili N.N.

Əmrlə tanış oldum:

__________ Səlimova S.S.

Tarix: ________

__________ Quliyev R.Ə.

Tarix: ________

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45 (40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın