Analıq məzuniyyəti hüququndan istifadə edən işçiyə hansı halda müavinət ödənilmir?

Analıq məzuniyyəti hüququndan istifadə edən işçiyə hansı halda müavinət ödənilmir?

Satışı yekunlaşmaqda olan “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Üçüncü məqam. İşçi analıq məzuniyyəti hüququndan isifadə etsə də, ona müavinət ödənilməyə bilər.

Nazirlər Kabinetinin 189 saylı qərarı ilə təsdiqlənən Əsasnaməyə əsasən, hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir.  Qeyd edək ki, 6 aylıq müddət bir iş yerində yox, ümumilikdə nəzərdə tutulur.

Mİsal 1. İşçinin bir illik sosial sığorta stajı olmasına baxmayaraq, sonuncu təşkilatda 5 aydır ki, çalışır. İşçi analıq məzuniyyətinə çıxması haqqında xəstəlik vərəqəsini işəgötürənə təqdim edir. Bəzi işəgötürənlər düşünürlər ki, işçinin təşkilatda işlədiyi müddət 6 aydan az olduğu üçün ona müavinət hesablanmamalıdır. Amma qeyd etdiyimiz kimi, bu zaman ümumi sosial sığorta stajı əsas götürülür. İşçinin əvvəlki bir illik stajı imkan verir ki, işəgötürən 5 ay müddətində çalışan işçiyə müavinət hesablasın.

Mİsal 2.. İşçinin əvvəlki iş yerlərində cəmi  3 ay sosial sığorta stajı olub, son təşkilatda isə 4 aydır ki, çalışır. İşçi xəstəlik vərəqəsi təqdim etdiyi halda, ümumi sosial sığorta stajı dövrü 7 ay (3 ay + 4 ay) olduğu üçün ona müavinət hesablanır.

Mİsal 3. İşçi əsas iş yerində 4 ay müddətində çalışmaqla yanaşı, əlavə iş yerində də 3 aydır ki, işləyir. İşçi əsas iş yerinə xəstəlik kağızı təqdim etsə də, ona müavinət hesablanmayacaq. Çünki əsas və əlavə iş yerlərində paralel dövrdə çalışdığından bu müddətlər toplanmır. İşçinin ümumi sosial sığorta stajı dövrü 6 aydan az olduğu üçün müavinət hesablanması həyata keçirilməyəcək.

Təcrübədə rast gəlinən əsas yanlışlardan biri müavinət hesablanmayan işçinin məzuniyyətə göndərilməməsi halıdır.

MİsaL. Ümumi sosial sığorta stajı 3 ay olan işçi analıq məzuniyyətinə çıxmaq üçün xəstəlik vərəqəsini işəgötürənə təqdim edir. İşəgötürənin müavinət komissiyası qərar verir ki, işçinin cəmi sosial sığorta stajı 6 aydan az olduğuna görə işçiyə analıq məzuniyyətinə görə müavinət ödənilməsin. Amma bu o anlama gəlmir ki, işçi analıq məzuniyyəti hüququndan istifadə etməməlidir. Bu halda işçi analıq məzuniyyətinə çıxır, ancaq ona hər hansı müavinət ödənilmir.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

1 Komment

  1. Hayat 21 Fevral 2022

    Salam MKS komandadası, Xahis edirem aşağıdaki kirabların sifariçini qəbul edəsiniz. Əməyin uçotu: A-dan Z-yə kitabı Əmək Qanunvericiliyi və Şərhlər Toplusu Hörmətlə, Həyat

Şərh yazın

Xəbərlər