Ezamiyyətin müddətinin uzadılması necə rəsmiləşdirilməlidir? (Nümünəvi forma)

Ezamiyyətin müddətinin uzadılması necə rəsmiləşdirilməlidir? (Nümünəvi forma)

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (IV nəşr) kitabından seçmə

Ezamiyyətin müddətinin uzadılması ilə bağlı əmrin nümunəvi formasını təqdim edirik:

 

Blank “Alov” MMC

ƏMR

№________

Bakı şəhəri                           ____ ___________________2019-cu il

Xidməti ezamiyyətin müddətinin uzadılması barədə

“Alov” MMC-nin Gəncə şəhərindəki regional anbarında təftiş aparmaq məqsədilə ezam olunan Daxili nəzarət və audit şöbəsinin aparıcı mütəxəssisi Quliyev Aydın Mirzə oğlunun ___ _________ 2019-cu il tarixli xidmətini yazısını nəzərə alaraq

ƏMR EDİRƏM:

  1. “Alov” MMC-nin direktorunun ____ ___________2019-cu il tarixli, ____№-li əmri ilə ____ __________ 2019-cu il tarixindən _____ ____________ 2019-cu il tarixinə kimi, 5 (beş) gün müddətinə Gəncə şəhərinə xidməti ezamiyyətə göndərilmiş Daxili nəzarət və audit şöbəsinin aparıcı mütəxəssisi Quliyev Aydın Mirzə oğlunun ezamiyyətinin müddəti ____ ____________ 2019-cu il tarixinə kimi, daha 3 gün uzadılsın.
  2. “Alov” MMC-nin baş mühasibi Səlimova Sultanə Sabir qızı ezamiyyətin uzadılmış 3 gününə uyğun mehmanxana və gündəlik xərclərinin ödənilməsi üçün tələb olunan məbləğin ____ __________ 2019-cu il tarixindən gec olmayaraq işçinin kartına köçürülməsini təmin etsin.
  3. Əmrin icrasına nəzarət Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızına həvalə olunsun.

Direktor ________ Nəbili N.N.

Əmrlə tanış oldum:

Baş mühasib ___________Səlimova S.S. 

Tarix: _____ _____________

___________Quliyev A.M. 

Tarix: _____ _____________

————————————————————————————

Əmrin icrasının həvalə olunduğu kadrlarla iş şöbəsinin müdiri, işçinin ezamiyyət müddətinin uzadılması ilə bağlı dərhal məlumatlandırmalıdır. İşçi mobil telefonla xəbərdar edilə bilər. Ancaq yaxşı olar ki, sonradan hər hansı bir problemin yaşanmaması üçün e-mail yazışmasından istifadə olunsun. İşçi ezamiyyətdən qayıtdıqdan sonra əmrə tanış olması barədə sənədə imza ata bilər.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat  (Satışına start verilib) 

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər