İşçinin əmək müqaviləsinə xitam verilməsi halında məzuniyyətin nəzərə alınması necə rəsmiləşdirilməlidir?

İşçinin əmək müqaviləsinə xitam verilməsi halında məzuniyyətin nəzərə alınması necə rəsmiləşdirilməlidir?

Satışı davam edən “A-dan Z-yə:Kargüzarlıq” (IV nəşr) kitabından seçmə

Təbii ki, işdən azad olunmaqla bağlı ərizədə istifadə olunmamış əmək məzuniyyətinin vaxtından əvvəl təqdim olunması məsələsi də əks etdirilə bilər. Bu zaman əmək məzuniyyətinin təqdim olunması ilə bağlı ayrıca ərizənin yazılmasına ehtiyac qalmır. İndi isə müvafiq əmrin nümunəvi formasını təqdim edirik.

Blank “Alov” MMC

ƏMR

№________

Qazax şəhəri                                      ___ _________________2019-cu il

İşçinin əmək müqaviləsinə xitam verilməsi haqqında

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü və 143-cü maddələrinə və Kadrlarla iş şöbəsinin mütəxəssisi Quliyeva Əsmər Qadir qızının 08 iyul və 10 iyul 2019-cu il tarixli ərizələrinə uyğun olaraq

ƏMR EDİRƏM:

  1. Kadrlarla iş şöbəsinin mütəxəssisi Quliyeva Əsmər Qadir qızının ___ ______2019-cu ildən ___ ________2020-ci ilə kimi olan iş ili üçün əmək məzuniyyətlərinin növbəlilik qrafikində 04 sentyabr 2019-cu il tarixindən 8 oktyabr 2019-cu il tarixinədək nəzərdə tutulan 34 təqvim günü əmək məzuniyyəti (30 təqvim günü əsas məzuniyyət və 4 təqvim günü əlavə məzuniyyət) işçinin işdən azad olunması ilə əlaqədar 15 iyul 2019-cu il tarixindən 18 avqust 2019-cu il tarixinədək olan dövrdə təqdim edilsin.
  2. Əmək məzuniyyətini istifadə etdikdən sonra işçinin əmək müqaviləsinə xitam verilsin və işdən azad olunma tarixi 18 avqust 2019-cu il hesab edilsin.
  3. Baş mühasib Səlimova Sultanə Sabir qızı 12 iyul 2019-cu il tarixində məzuniyyət haqqının, 18 avqust 2019-cu il tarixində son haqq-hesabın işçiyə ödənilməsini təmin etsin.
  4. Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızı əmrin icrasından irəli gələn sənədləşmə məsələlərini həll etsin və ____ ________2019-cu il tarixli, _____№-li əmrlə təsdiq edilmiş əmək məzuniyyətlərinin növbəlilik qrafikində müvafiq dəyişikliyi həyata keçirsin.
  5. Əmrin icrasına nəzarət Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızına həvalə olunsun.

Direktor _______ Nəbili N.N.

Əmrlə tanış oldum:

__________ Səlimova S.S.

Tarix: ________

__________ Quliyeva Ə.Q.

Tarix: ________

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər