Səhifəni çap et
Çərşənbə axşamı, 12 Oktyabr 2021 04:56

Məzuniyyətdə olan işçinin hansı hüquqları var?

Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" kitabından seçmə

Əmək Məcəlləsinin 111-ci, “Məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatları” maddəsinin birinci hissəsinə əsasən, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir.
Maddədən göründüyü kimi, işəgötürən işçi məzuniyyət olduğu halda onunla bağlı hər hansı hərəkətlər apara bilməz. Təcrübədə rast gəlinir ki, işəgötürən işçi məzuniyyətdə olduğu zaman onun vəzifəsində dəyişiklik aparır. Amma mümkündür ki, işçi vəzifəsinin dəyişməsinə razı deyil və ya məzuniyyətdə olduğu dövrdə həmin vəzifənin məsuliyyətini daşımaq istəmir. O səbəbdən, işçinin vəzifəsi (peşəsi) üzrə dəyişikliklərin məzuniyyət dövründə həyata keçirilməməsi daha məqsədəuyğundur. Bundan əlavə, işəgötürənin təşəbbüsü ilə məzuniyyətdə olan işçinin əmək müqaviləsinin ləğv edilməsinə icazə verilmir. Amma mümkündür ki, məzuniyyətdə olan işçi işdən çıxması haqqında ərizə göndərsin. İşçinin göndərdiyi ərizənin hüquqi qüvvəsi olsa da, işçi əmək məzuniyyətində ola-ola onun əmək müqaviləsinə xitam verilməsi məqsədəuyğun hesab edilmir.
Mümkündür ki, məzuniyyətə çıxan işçiyə əmək qanunvericiliyində nəzərdə tutulanlardan əlavə təminatlar verilsin. Əmək Məcəlləsinin 111-ci maddəsinin ikinci hissəsinə əsasən, əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətdə olan işçilər üçün əlavə təminatların verilməsi nəzərdə tutula bilər.
Mİsal 1. İşəgötürən kollektiv müqavilədə qeyd edib ki, işçilər məzuniyyətə göndəriləndə onlara aylıq əmək haqlarının bir misli miqdarında əlavə ödəniş edilsin.
Mİsal 2. İşəgötürən və işçi arasında bağlanan əmək müqaviləsinə əsasən, işçinin əsas məzuniyyəti 30 təqvim günü yox, 40 təqvim günü hesab edilir.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.