Çərşənbə axşamı, 28 Sentyabr 2021 08:20

İşçinin mükafatlandırılması təqdim necə tərtib olunmalıdır? (NÜMÜNƏVİ FORMA)

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (IV nəşr) kitabından seçmə

İşçi özünü mükafatlandırmaq üçün rəhbərliyə təqdimat yaza biməz. Ehtiyacı olarsa, maddi yardımla bağlı rəhbərliyə ərizə yaza bilər. Mükafat təşəbbüsü ya işəgötürəndən, y a da işçilərin işlədiyi struktur bölmələrinin rəhbərlərindən, həmkarlar təşkilatından, kadrlarla iş şöbəsindən gələ bilər, bölmə rəhbərləri xidməti yazı ilə rəhbərliyə işçinin mükafatlandırılması xahişi ilə müraciət edə bilərlər. Belə xidməti yazıda mütləq işçinin vəzifəsi, soyadı, adı, atasının adı, təşkilatdakı əmək stajı, əmək fəaliyyətinin qiymətləndirilməsi, doğum tarixi (yubileydirsə), mükafatlandırma səbəbi, mükafatın forması qeyd oliunmalıdır. Aşağıda bir neçə təqdimat və əmr nümunələrini təqdim edirik:

 

Nümunə: yubileylə bağlı təqdimat

 “Alov” MMC-nin direktoru

Nəbili Nüsrət Nadir oğluna

Baş mühasib Səlimova Sultanə Sahib qızı

tərəfindən

 

TƏQDİMAT

İşçinin mükafatlandırılması haqqında

Qarayeva Əsmər Niyaməddin qızı 2011-ci ildən “Alov” MMC-nin mühasibatlığında çalışır, ali təhsilli mühasibdir. Əsmər Qarayeva məsuliyyətli işçidir, təşəbbüskardır, öz işini gözəl bilir, ona tapşırılan işin öhdəsindən həmişə uğurla gəlir. Cəmiyyətdə çalışdığı 8 ildə heç vaxt intizam tənbehi almayıb, əmək funksiyalarını tam şəkildə və keyfiyyətlə yerinə yetirdiyinə görə dəfələrlə rəhbərlik tərəfindən mükafatlandırılıb. 2017-ci ildə keçirilmiş sonuncu attestasiyanın nəticələrinə uyğun olaraq vəzifəsi yüksəldilərək, baş mühasibin müavini vəzifəsinə təyin olunub.

Sentyabrın ____-da 50 yaşı tamam olacaq Əsmər Qarayevaya yubileyi münasibətilə təşəkkür elan etmənizi və mükafatlandırmanızı xahiş edirəm.

 

Baş mühasib __________ Səlimova S.S.

____ sentyabr 2019-cu il

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın