Səhifəni çap et
Çərşənbə, 22 Sentyabr 2021 05:20

İş vaxtının cəmlənmiş uçotunda işçinin istirahət günü işə cəlb olunması (Misalla izah)

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

İş vaxtının cəmlənmiş uçotu aparıldıqda aylıq maaş və əməyin vaxtamuzd ödənilmə sistemləri tətbiq oluna bilər. Hazırda işəgötürənlər aylıq maaş sisteminə daha çox üstünlük verirlər. Bu halda iş vaxtının qeydiyyat (uçot) dövrü müəyyən edilir ki, bu dövr bir ildən artıq ola bilməz.

Mİsal 1. Qeydiyyat dövrü bir ildir və işçi aylıq maaş sistemi üzrə (yəni, aylıq iş vaxtı normasını işlədikdə aylıq oklad alır) işləyir. İşçinin aylıq maaşı 1000 manatdır. İşçi cari ayda iki istirahət günündə işə cəlb edilib. Bununla əlaqədar olaraq, qeydiyyat dövründə iş növbələri tənzimlənir, işçi illik iş vaxtı normasından artıq işləmir. Bu halda işçiyə həmin ay üçün 1000 manat vəzifə maaşı, istirahət günlərinə görə 100 manat (1000 / 20 x 2), cəmi 1100 manat əmək haqqı hesablanacaq.

Mİsal 2.   Misalımızın davamı kimi hesab edək ki, işçi cari ayda iki istirahət günü işə cəlb edilib, lakin qeydiyyat (uçot) dövrünün sonunda məlum olub ki, bu səbəbdən illik iş vaxtı norması gözlənilməyib. Bu halda işçiyə həmin ay üçün 1000 manat vəzifə maaşı, istirahət günlərinə görə 100 manat (1000 / 20 x 2 =100), cəmi 1100 manat əmək haqqı hesablanacaq. Eyni zamanda, qeydiyyat (uçot) dövrünün sonunda ona iki istirahət günü işlədiyinə görə 100 manat (1000 / 20 x 2 = 100) ödəniləcək.

Əlavə izah: İş vaxtının cəmlənmiş uçotu aparıldıqda qeydiyyat (uçot) dövrünün sonunda işçinin illik iş vaxtı normasına onun üzürlü hesab edilən səbəblərdən (əmək məzuniyyəti, digər məzuniyyətlər, xəstəlik dövrü, orta əmək haqqı saxlanılar hallar) işdə olmadığı iş günlərinə görə düzəliş edilir və illik iş vaxtı norması dəqiqləşdirilir. İş vaxtının uçotunun təhlili aparılaraq aşağıdakı istiqamətlər üzrə faktiki illik iş vaxtı saatları müəyyən edilir:

- düzəliş edilmiş illik iş vaxtı norması (ödəniş forması: iş günlərinə mütənasib aylıq maaş);

- iş günü olmayan istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günündəki iş saatları (ödəniş forması yuxarıdakı misallarda göstərilən qaydada);

- iş vaxtından artıq iş  (Əmək Məcəlləsinin 99-cu maddəsinin 1-ci hissəsinə əsasən  işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasının müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirildiyi saatlar). Ödəniş forması: əmək Məcəlləsinin 165-ci maddəsinə uyğun olaraq saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla;

- əsassız iş saatları (növbə cədvəlinin illik iş vaxtı normasına uyğun qurulmaması nəticəsində yaranan artıq iş saatları). Ödəniş forması qanunvericilikdə nəzərdə tutulmur, əmək mübahisəsi yaranmaması məqsədilə Əmək Məcəlləsinin 164-cü maddəsinin tələblərinə uyğun ödənilir.   

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.