Səhifəni çap et
Çərşənbə axşamı, 21 Sentyabr 2021 08:12

Müavinət komissiyasının iclas protokolu necə tərtib olunmalıdır? (Nümünəvi forma)

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (IV nəşr) kitabından seçmə

Müavinət komissiyasının iclas protokolunun nümunəvi forması:

«Atəş» MMC-nin

Müavinət komissiyasının iclasının

PROTOKOLU № _____

Füzuli şəhəri                                      ____     ____________2021-cu il

 Müavinət komissiya Kadrlarla iş şöbəsinin mütəxəssisi Quliyeva Əsmər Qadir qızının əmək qabiliyyətinin itirildiyi 26 təqvim günlük (03 avqust 2021-ci il tarixindən 28 avqust 2021-ci il tarixinədək) dövr üçün müavinətin təyin edilməsi barədə ərizəsinə və  təqdim etdiyi xəstəlik vərəqəsinə baxaraq

QƏRARA ALDI:

İşçinin əmək qabiliyyətinin 03 avqust 2021-ci il tarixindən 28 avqust 2021-ci il tarixinədək müvəqqəti itirildiyi 26 (iyirmi altı) təqvim günlük dövr üçün ilk 14 (on dörd) təqvim günü üçün “Atəş” MMC tərəfindən, sonrakı 12 (on iki) təqvim günü üçün isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Füzuli Rayon Şöbəsi tərəfindən müavinət ödənilsin.

Komissiyanın sədri ___________ Əliyev Adil Camal oğlu

 

Komissiyanın üzvü ___________Qalabəyov Əlimərdan Həsən oğlu

 

Komissiyanın üzvü ___________Məmmədov Kamil Amil oğlu

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

1 Şərh

  • Şərh bağlantısı Ağa Çərşənbə axşamı, 21 Sentyabr 2021 09:39 tərəfindən təqdim olunub Ağa

    Işçi işe qebul olamamişdan 10 gun evvel ana olub ve indiye kimi heç yerde işlemeyib onunla emek müqavilesi baglanandan sonra ona hanisi müavinet veya ödeniş verilecek?