İşçilərin ixtisarı zamanı hansı şəxslərə üstünlük verilməlidir?

İşçilərin ixtisarı zamanı hansı şəxslərə üstünlük verilməlidir?

Satışı davam edən "Əməyin uçotu: A-dan Z-yə" kitabından seçmə

Əmək Məcəlləsinin 78-ci, “İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər” maddəsinin birinci hissəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.
Mİsal 1. İşəgötürən maliyyə vəziyyətinin pisləşməsini əsas gətirərək, maliyyə departmentində işləyən beş mühasibin üçünü ixtisar etmək qərarına gəlir. Burada maraqlı məsələ ixtisar olunacaq işçilərin müəyyənləşdirilməsidir. Müxtəlif yanaşmalar ola bilər, onlardan biri də işçilərin təhsil məsələsidir. Yəni, işəgötürən qərar verə bilər ki, yalnız mühasibat uçotu ixtisasi üzrə ali təhsili olan işçilər işdə saxlanılsın, orta ixtisas təhsilli və ya mühasibat uçotu ixtisasını bitirməyən işçilər ixtisar olunsun.
Mİsal 2. İşəgötürən qərar verir ki, satış meneceri vəzifəsində çalışan 10 işçidən 6-sı ixtisar olunsun. İşəgötürən ixtisar olunan işçilərin müəyyənləşdirilməsi üçün komissiya yaradır. Komissiya satış işçilərinin bilik və bacarıqlarının qiymətləndirilməsi ilə bağlı imtahan keçirir və nəticələri işəgötürənə təqdim edir. İşəgötürən qərar verir ki, 100 mümkün baldan 70-dən aşağı bal toplayan işçilər ixtisar siyahısına daxil edilsin.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər