Cümə, 17 Sentyabr 2021 05:06

Hansı halda hansı məzuniyyət dövrü üçün işçiyə əmək qabiliyyətini itirməsinə görə ödəniş olunmur?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

İşçiyə bütün məzuniyyət dövlərində əmək qabiliyyətini itirməsinə görə müavinət hesablanılmır. Əsasnamədə konkret qeyd edilir ki, əmək haqqı saxlanılmadan verilən və ya uşağa qulluq etməkdən ötrü təqdim edilən məzuniyyətlər zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir. Əgər əmək qabiliyyətinin müvəqqəti itirilməsi əmək haqqı saxlanılmadan məzuniyyətdən və yaxud uşağa qulluq edilməsinə görə məzuniyyətdən sonra da davam edərsə, onda müavinət işçinin işə başlamalı olduğu gündən ümumi qayda üzrə verilir.

Mİsal 3 yaşa qədər uşağa qulluq etmək üçün analıq məzuniyyətinə çıxan işçi həmin dövrdə 20 günlük əmək qabiliyyətini itirir. Bu zaman həmin işçi xəstəlik vərəqəsi təqdim etsə belə,  işəgötürən ona müavinət hesablamayacaq.

Misalın davamı olaraq hesab edək ki, işçi sosial məzuniyyətdən 15 fevral 2021-ci ildə qayıtmalıdır. Əgər işçi 13 fevral  2021-ci ildən 20 günlük əmək qabiliyyətini itirərəsə, bu halda 15 fevral 2021-ci ildən sonraki 18 təqvim günə düşən iş günləri üçün müavinət hesablanmalıdır.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın