Sınaq müddətində işçinin işdən çıxarılması zamanı hansı maddələrə istinad edilməlidir?

Sınaq müddətində işçinin işdən çıxarılması zamanı hansı maddələrə istinad edilməlidir?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Dördüncü məqam. İşçi sınaq müddətində başqa əsasla işdən azad olunsa da, xitam zamanı 70-ci maddənin “d” bəndinə istinad olunur.
Əmək qanunvericiliyinə əsasən, sınaq müddətinin müəyyən olunmasında məqsəd işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaqdır. Qeyd edilənlərdən fərqli səbəblərdən işçinin əmək müqaviləsinə xitam verilərsə, ona uyğun maddə qeyd edilməlidir.
Mİsal 1. İşçi sınaq müddəti dövründə qərar verir ki, öz təşəbbüsü ilə işdən azad olunsun. Bu halda işçinin əmək müqaviləsinə xitam verilməsi əmrində 70-ci maddənin “d” bəndi qeyd olunmamalıdır. İşçi öz ərizəsi ilə işdən çıxdığı üçün, 69-cu maddəyə istinad edilməlidir.
Mİsal 2. İşəgötürən sınaq müddəti ərzində işçinin bir neçə dəfə sərxoş vəziyyətdə işə gəlməsini müəyyən edir və bu halları rəsmiləşdirir. Daha sonra isə əmək müqaviləsinə xitam verir. Bu halda işçinin əmək müqaviləsinə xitam verilməsi əmrində Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndi yox, “ç” bəndi qeyd edilməlidir. Çünki “İşçinin sınaq müddəti dövründə özünü doğrultmaması” anlayışı özündə əmək intizamının kobud şəkildə pozulmasını ehtiva etmir.
Sınaq müddətindən keçməyən işçilərə hansı ödənişlər edilməsinə gəlincə isə, belə işçiyə işdənçıxma müavinət ödənilmir. Amma sınaq müddətində özünü doğrultmayan işçi ilə bağlanan əmək müqaviləsinə xitam verilən zaman ən çox edilən səhv ona istifadə etmədiyi məzuniyyətə görə kompensasiya ödənilməməsidir.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər