Əmək müqaviləsinin ləğvi ilə bağlı əmr hazırlanması üzrə tələblər ( NÜMÜNƏVİ FORMA)

Əmək müqaviləsinin ləğvi ilə bağlı əmr hazırlanması üzrə tələblər ( NÜMÜNƏVİ FORMA)

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Əmək Məcəlləsinin 84-cü, “Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu” maddəsinin birinci hissəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir:

- müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı;

- işçinin adı, atasının adı və soyadı;

- əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı;

- əmək müqaviləsinin ləğv edilməsinin əsası;

- həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi;

- əmək müqaviləsi ləğv edilən gün, ay və il;

- əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

Bölmənin girişində qeyd etdiyimiz kimi, əmək münasibətləri ilə bağlı rəsmiləşdirmə qaydaları təşkilatımızın digər nəşri “A-dan Z-yə Kargüzarlıq” kitabında verilib. Həmin kitabdan əmək müqaviləsinə xitamla bağlı əmrin nümünəvi formasını təqdim edirik:

Əmrin nümunəvi forması

Blank “Alov” MMC

ƏMR

№________

Bakı şəhəri                                                                                        14 iyul 2021-ci il

 

İşçinin əmək müqaviləsinə xitam verilməsi (işdən azad olunması) haqqında

“Alov” MMC-nin Satış şöbəsinin ekspeditoru Əhmədov Sulduz Musa oğlunun həqiqi hərbi xidmətə çağırılması haqqında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon idarəsinin 07 iyul 2021-ci il tarixli, ___№-li çağırış vərəqəsinə və işçinin 13 iyul 2021-ci il tarixli ərizəsinə əsaslanaraq

 

ƏMR EDİRƏM:

 

  1. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “a” bəndinə müvafiq olaraq həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar “Alov” MMC-nin Satış şöbəsinin ekspeditoru Əhmədov Sulduz Musa oğlu ilə bağlanılmış ____ __________2018-ci il tarixli, _____ №-li əmək müqaviləsinə xitam verilsin, işçi 14 iyul 2021-ci il tarixdən işdən azad olunsun.
  2. Baş mühasib Ağayeva Sərvinaz Əfzələddin qızı işçiyə son haqq-hesabın ödənilməsini təmin etsin.
  3. Əmrin icrasına nəzarət Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızına həvalə olunsun.

Direktor _______ Bayramlı T.T.

Əmrlə tanış oldum:

________ Əhmədov S.M.

                14 iyul 2021-ci il

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər