İşəgötürən hansı halda əmək müqaviləsini razılıqsız ləğv edə bilməz?

İşəgötürən hansı halda əmək müqaviləsini razılıqsız ləğv edə bilməz?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Əmək Məcəlləsinin 80-ci, “Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar”  maddəsinin birinci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

Maddədə diqqət yetirilməli birinci məqam odur ki, işəgötürənin razılıq alması üçün mütləq həmin müəssisədə işçilərin həmkarlar ittifaqı olmalıdır. Digər məqam isə həmkarlardan razılığın əmək müqaviləsinə uyğun olaraq aşağıdakı xitam hallarında alınması ilə bağlıdır:

- işçilərin sayı və ya ştatları ixtisar edildikdə (Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi);

- işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda (Əmək Məcəlləsini 70-ci maddəsinin “ç” bəndi.

Mİsal 1. Həmkarlar ittifaqı olmayan işəgötürən maliyyə göstəricilərinin zəifləməsi səbəbindən satış meneceri vəzifəsində çalışan işçilərin ixtisarına qərar verib. Bu halda işəgötürənin hər hansı razılıq alması nəzərdə tutulmayıb, çünki müəssisədə işçilərin həmkarlar ittifaqı yoxdur.

Mİsal 2. Neft-qaz sektorunda çalışan işəgötürən əmək funksiyasını yerinə yetirməyən işçinin əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin “ç” bəndi iləxitam vermək istəyir. Həmin işçi həmkarlar ittifaqının üzvü olmadığı halda işəgötürənin həmin qurumdan razılıq almasına ehtiyac yoxdur.

Mİsal 3.  İşəgötürən bütün əməliyyatlar üzrə nağdsız hesablaşmalara keçməsi səbəbindən kassir ştatını ixtisar etməyi planlaşdırır. Kassir vəzifəsində çalışan işçilər həmkarlar ittifaqının üzvü olduqları üçün işəgötürən işçilərin ixtisarı prosesini həmkarlar ittifaqının razılığı ilə həyata keçirməlidir.

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər