Səhifəni çap et
Çərşənbə, 14 İyul 2021 09:22

İşəgötürən əmək qabiliyyətini müvəqqəti itirmiş işçinin təqdim etdiyi sənədin doğruluğunu yoxlaya bilər?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

İşəgötürənin komissiya yaradıb əmək qabiliyyətini müvəqqəti itirdiyini iddia edən işçinin ev ünvanına səfər etmək və ya işçinin xəstəliyi ilə bağlı başqa səhiyyə orqanına müraicət edib təkrar müayinə tələb etmək kimi hüquqları var?
İşәgötürәnin işçinin xәstәlik vәrәqәsini yoxlaya bilib-bilməməsi dә maraqlı mәsәlәdir. Təcrübədə rast gəlinən hallardan biri bəzi sağlam işçilərin müəyyən üsullarla xəstəlik vərəqəsi alaraq işəgötürənə təqdim etməsidir. Mks.az saytı olaraq bu məsələ ilə bağlı aşağıdakı suallarla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik:
Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi müavininin imzaldığı 23 avqust 2019-cu il tarixli məktubla suallarımıza aşağıdakı məzmunda cavab verilib: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 yanvar 1993-cü il tarixli, 9 nömrəli qərarı ilə təsdiq edilmiş “ Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında Təlimat”ın 17-ci hissəsinə əsasən, sığorta haqqı ödəyən uzun müddət və tez-tez xəstələnən şəxslərə baş həkim ayrıca həkim təhkim etməli və bu barədə həmkarlar ittifaqları komitələrini xəbərdar etməlidir. Sığorta edilmiş şəxsə ayrıca həkim təhkim olunması barədə həmkarlar ittifaqları komitələri xəstəni yazılı surətdə xəbərdar etməlidir ki, başqa həkimlər tərəfindən ona verilmiş xəstəlik vərəqələri ödənilməyəcəkdir (müstəsna olaraq həmkarlar ittifaqları komitələrinin xüsusi qərarlarından başqa).”
Xidmət rəsmilərinin cavabda istinad etdiyi qaydaya əsasən, uzun müddət və tez-tez xəstələnlərlə bağlı prosesə nəzarət işəgötürən yox, baş həkim tərəfindən həyata keçirilir. Qaydalarda işəgötürənin işçinin təkrar müayinə etmək hüququ haqqında hər hansı məlumat verilmir.

 

2021-ci ilin iyul ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.