Səhifəni çap et
Bazar ertəsi, 12 İyul 2021 06:36

Fərdi sahibkar olan mühasiblər xidmət müqaviləsi ilə calışa bilər? (3-cü yazı)

Dövlət Vergi Xidməti aktual məsələyə aydınlıq gətirdi

“Asan Radio”da tanınmış jurnalist Əli Əhmədovun aparıcısı olduğu “Sahibkarlar Klubu” verilişində Əmək Məcəlləsində xidməti müqavilələrlə bağlı edilən son dəyişikliklər müzakirə olunub.  Verilişin qonağı olan

İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin şöbə rəisi Tural Vəliyev olub.

Sual: Elə peşə sahibləri var ki, eyni vaxtda bir neçə işəgötürənə xidmət göstərə bilir. Məsələn, mühasiblər. Mühasiblər eyni vaxtda, məsələn, 10 şirkətə xidmət göstərə bilirlər. Onlarla xidmət müqaviləsi bağlamaq olar, yoxsa mütləq əmək müqaviləsi bağlanılmalıdır?

Cavab: Təbii ki, mühasib hər hansı bir müəssisədə muzdlu işə cəlb olunmadan mühasib işini görürsə, işəgötürən onunla xidmət müqaviləsi bağlaya bilər. Qeyd etdiyim kimi dəyişikliklərdən sonra da tərəflərin iradə azadlıqları formasında xidmət müqavilələri bağlamaq hüquqları saxlanılır. Amma əgər vergi orqanı aşkar etsə ki, müəssisədə mühasib vəzifəsi var, mühasibin kabineti var və o, işəgötürənin aktivlərindən və vəsaitlərindən istifadə etməklə işləri yerinə yetirirsə, artıq situasiya dəyişir. Belə halda mühasib muzdlu işçi kimi işə cəlb olunduğuna görə onunla mütləq əmək müqaviləsi bağlanılmalıdır.

 

2021-ci ilin iyul ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.