Cümə, 09 İyul 2021 06:02

Əmək haqqı ödənilməsinin tarixi mütləq tələb nədir?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Əmək Məcəlləsinin 172-ci, “Əmək haqqının verilməsi müddətləri” maddəsinə əsasən, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.

Maddədən göründüyü kimi məcburi tələb əmək haqqının ayda bir dəfə ödənilməsidir. Hətta iş vaxtının cəmlənmiş uçotu üçün qeydiyyat (uçot) dövrü illik götürülsə belə, işçiyə ayda bir dəfədən az olmayaraq əmək haqqı ödənilməlidir.

Mİsal. İşəgötürən və işçinin razılğı əsasında əmək haqqı hər ayın sonuncu günü verilir. Dekabrın 31-i bayram gününə təsadüf etdiyi üçün, əmək haqqı da bayramdan sonra yox, istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərindən əvvəlki gündə verilməlidir.

Aylıq əmək haqqının ayın sonu və ya növbəti ayın ilk günlərində verilməsi ilə bağlı hər hansı tələb yoxdur. Mütləq tarix tələbi işçinin əmək müqaviləsinə xitam verilməsi halına şamil olunur. Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

Mİsal.  İşçi ilə işəgötürənin razılaşmasına əsasən, işçinin son iş günü 30 oktyabr 2019-cu il tarixi hesab edilir. İşəgötürən digər işçilərin əmək haqlarını 31 oktyabr 2019-cu ildə ödəyəcəyini nəzərə alaraq, işdən çıxan işçinin əmək haqqını bir gün sonra ödəyir. Əmək qanunvericiliyinin tələblərinə əsaslansaq, işəgötürənin bu addımı qanuna zidd hesab edilir, çünki işçi ilə son haqq-hesab o işdən çıxdığı gün həyata keçirilməlidir.

 

2021-ci ilin iyul ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın