Məzuniyyət məbləğindən icbari ödənişlərin hesablanmasında VACİB MƏQAMLAR

Məzuniyyət məbləğindən icbari ödənişlərin hesablanmasında VACİB MƏQAMLAR

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Məzuniyyət məbləğindən tutulan icbari ödənişlərə gəlincə, Vergi Məcəlləsi, “Sosial sığorta haqqında”, “İşsizikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” AR qanunlarında məzuniyyət haqqı ilə bağlı hər hansı güzəşt nəzərdə tutulmayıb. Amma məzuniyyət haqqının hesablanmasında diqqət çəkən məqam onların öncədən tam şəkildə ödənilməsi tələbinin olması ilə yanaşı, hesablama zamanı aylar üzrə fərqləndirilməsidir.

Mİsal.  İşçi 10 fevral 2021-ci il tarixdə əmək məzuniyyətinə çıxıb və məzuniyyətinin son günü kimi 10 mart 2021-ci il tarixi müəyyən edilib. Bu zaman işçinin 10 fevraldan 28 fevrala kimi hesablanan məzuniyyət haqqı fevral ayının əmək haqqının üzərinə gələcək. 1-10 mart 2021-ci il tarixləri üzrə hesablanan məzuniyyət haqqı isə mart ayının əmək haqqına əlavə olunacaq.

Beləliklə, hər ay üzrə məzuniyyət haqqından icbari ödənişlərin hesablanması həyata keçiriləcək. Fikrimizi misalın davamının üzərində izah etməyə çalışaq. İşçinin məzuniyyət haqqı 3000 manat təşkil edir ki, onun 2000 manatı və 1000 manatı müvafiq olaraq fevral və mart aylarına düşən məzuniyyət günlərinə aiddir. İşçinin fevral və mart aylarında işlədiyi günlər üzrə əmək haqqı isə müvafiq olaraq 600 manat və 1400 manat təşkil edib.

İşçinin fevral ayı üzrə məzuniyyət haqqı nəzərə alınmaqla əmək haqqı 2600 manat (600 manat (əmək haqqı) + 2000 manat (məzuniyyət haqqı) təşkil etdiyi halda, mart ayında 2400 manat (1400 manat (əmək haqqı) + 1000 manat (məzuniyyət haqqı)) olacaq. Əgər işçi dövlət və ya neft-qaz sektoruna aid müəssisədə çalışarsa, fevral ayında cəmi gəlirləri 2500 manatı keçdiyinə görə 102.1.6-cı maddəyə əsasən, 200 manat güzəşt tətbiq olunmayacaq. Həmçinin, 100 manata (2600-2500) tətbiq olunacaq gəlir vergisi dərəcəsi 25 faiz təşkil edəcək. O səbəbdən işçilərin məzuniyyət dövrünün bir neçə ayı əhatə etdiyi hallara xüsusi diqqət yetirilməsini tövsiyə edirik.

Qeyri-dövlət, neft-qaz sektoruna aid edilməyən müəssisələrdə 8000 manatadək əmək haqqının gəlir vergisindən azad olunmasına baxmayaraq, vergi orqanlarına təqdim edilən bəyannamələrdə aylar üzrə bölgü düzgün həyata keçirilməlidir ki, gələcəkdə hər hansı kameral uyğunsuzluq məktubuna ehtiyac olmasın. Çünki bir neçə ayı əhatə edən əmək haqqının bir ayda qeyd edilməsi nəticəsində növbəti ayın əmək haqqı süni olaraq azaldırılır ki, bu da vergi orqanlarında suallar yaranmasına səbəb olur.

 

2021-ci ilin iyun ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər