Əmək müqaviləsinin xitamı zamanı ən çox müzakirə yaradan hal

Əmək müqaviləsinin xitamı zamanı ən çox müzakirə yaradan hal

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

İşəgötürənlərin əmək müqaviləsinin xitamında ən çox problem yaşadığı və fərdi əmək mübahisələrin yaranmasına səbəb olan məsələ işçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən azad edilməsidir. Əmək Məcəlləsinin 71-ci maddəsinin ikinci hissəsinə əsasən, Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

Mİsal 1.  İşəgötürən qərar verir ki, kassa kitabında texniki səhvə yol verdiyi üçün xəzinədar vəzifəsində çalışan işçini Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən azad etsin. Təbii ki, işəgötürənin işçinin əmək müqaviləsinə bu səbəbdən xitam verməsi gələcəkdə əmək mübahisəsinin yaranmasına səbəb olacaq.

Mİsal 2.  İşəgötürənin qərarına əsasən, işçinin işə 15 dəqiqə gecikməsi səbəbindən işçinin əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq xitam verilib. İşçi izahatında qeyd edib ki, yaşadığı regionda qar yağması səbəbindən tixaclar yarandığı üçün əmək intizamını pozub. Bu halda işəgötürənin işçinin izahatında göstərdiyi səbəbi qəbul etməməsi və ilk dəfə işə gecikən işçini işdən azad etməsi Məcəllənin tələblərinə ziddir.

Mİsal 3.  Marketinq departmentinin rəhbəri işəgötürənə təqdimat yazaraq, marketinq şöbəsinin mütəxəssisinin əmək funksiyasını yerinə yetirmədiyini bildirib. İşəgötürən department rəhbərinin təqdimatını əsas götürərək, işçinin əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin “ç”bəndinə uyğun olaraq xitam verib. Bəzi işəgötürənlər hesab edirlər ki, fərdi mübahisələr zamanı həmin təqdimatı təqdim etməklə haqlı olduqlarını sübut edə biləcəklər. Amma nəzərə almaq lazımdır ki, işçinin əmək müqaviləsinə xitamla bağlı əsas məsuliyyət işəgötürəndədir və onun qərarı fərdi əmək mübahisələri zamanı əsas sənəd hesab edilir. Departament rəhbərinin təqdimatı əmək müqaviləsinə xitam verilməsi üçün əsas sənəd yox, yardımçı və ya müşayiətedici sənəd hesab edilə bilər.

 

2021-ci ilin iyun ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər