Bazar ertəsi, 07 İyun 2021 05:14

İşçi analıq məzuniyyəti götürməsinə baxmayaraq könüllü işləyə bilər?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Təcrübədə rast gəlinən hallardan biri odur ki, işçi analıq məzuniyyətinə çıxması haqqında sənəd təqdim etməsinə baxmayaraq, hər hansı şikayəti olmadığı üçün işinə davam etmək istəyir.  Qanunvericilikdə bununla bağlı konkret maddə olmasa da, bu cür hallar qanunaziddir. Çünki əmək qanunvericiliyi işçinin analıq məzuniyyətinə göndərilməsini onun sağlamlığı üçün zəruri hesab etdiyi üçün, işçi həmin dövrdə məzuniyyət hüququndan istifadə etməyə borcludur.

Təxmini hesablamalara əsasən, işçi hamiləliyin 30-cü həftəsində analıq məzuniyyətinə çıxmağa borcludur. Fərz edək ki, “A” MMC-nin işçi 16 fevral 2021-ci il tarixdə xəstəlik kağızı təqdim edir ki, 9 fevral 2021-ci il tarixdən 126 günlük analıq məzuniyyətinə çıxmalıdır. İşçi son bir həftə işdə çalışsa da, işçiyə əmək haqqı hesablanmamalıdır. Həmçinin, analıq məzuniyyətinin hesablanması da 16 yox, 9 fevral 2021-ci il tarixdən etibarən hesablanmalıdır.

 

2021-ci ilin iyun ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı planlaşdırılır)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışı planlaşdırılır)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın