6 günlük iş rejimində işçi əmək qabiliyyyətini müvəqqəti itirdikdə müavinət necə hesablanır?

6 günlük iş rejimində işçi əmək qabiliyyyətini müvəqqəti itirdikdə müavinət necə hesablanır?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

İşəğötürənlər tərəfindən tətbiq olunan iş rejimlərindən biri də 6 günlük iş rejimidir. Bu rejimdə çalışan işçilər üçün əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı müavinətin necə hesablanmasına baxaq.

MİsaL. Həftədə 6 günlük iş rejimində fəaliyyətdə göstərən işəgötürənin 15 illik sosil sığorta stajı və aylıq əmək haqqı sabit olaraq 400 manat təşkil edən işçisi xəstəlik vərəqəsi təqdim edir ki, 1 fevral 2021-ci il tarixdən başlayaraq əmək qabiliyyətini  25  günlük itirib. 

Fərz edək ki, əvvəlki 12 aylıq dövr (fevral 2020 - yanvar 2021) dövr üzrə 6 günlük iş rejimində iş günlərin sayı 290 gün (şərti rəqəm olaraq nəzərə alınıb) təşkil edir.

Bu səbəbdən 1 iş gününə düşən orta gündəlik qazanc da 5 günlük iş rejiminə nisbətən az olmalıdır: 4800 manat / 290=16,55 manat.

Müavinət dövrü olan 1-28 fevral 2021-cu il tarixləri üzrə iş günlərinin sayı da 5 günlük iş rejiminə görə yüksək olacaq. İşəgötürən tərəfindən ödənilən 14 təqvim gününə düşən iş günlərinin sayı 12 iş günü olduğuna görə müavinət məbləği də 198,62 manat (16.55 manat x 12 iş günü) təşkil edəcək.

Sonrakı günlərə düşən iş günlərinin sayı 10 iş günü olduğu üçün müavinətin məbləği 165,50 manat (16.55 manat x 10 iş gün) təşkil edəcək.

İşçinin iş stajı 15 il olduğu üçün müavinət məbləği 100 faiz nəzərə alınacaq.

Beləliklə işçiyə hesablanan cəmi müavinət məbləği 364,12 manat ( 198,62 +165.50) təşkil edəcək.

 

2021-ci ilin may ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər