İşçi əmək məzuniyyətindən istifadə etmək istəmədikdə, işəgötürən məsuliyyətə cəlb oluna bilər?

İşçi əmək məzuniyyətindən istifadə etmək istəmədikdə, işəgötürən məsuliyyətə cəlb oluna bilər?

Satışına start verilən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

İndi isə məzuniyyətin bir növü olan əmək məzuiyyəti haqqında məlumat verək. Əmək Məcəlləsinin 113-cü, “Əmək məzuniyyəti və onun verildiyi iş ili” maddəsinin birinci hissəsinə əsasən, əmək məzuniyyəti — işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır.

Maddədə əmək məzuniyyətinə verilən tərifdən belə anlaşılır ki, bu məzuniyyətin əsas məqsədi işçinin işdən ayrılmaqla əmək qabiliyyətinin bərpasıdır. Ancaq o da var ki, işçi əmək məzuniyyətindən öz mülahizəsinə uyğun istifadə edə bilər. 

İşçi mütləq hər il əmək məzuniyyətindən istifadə etməlidir ki, işini normal şəkildə həyata keçirə bilsin. Təcrübədə rast gəlinən hallardan biri də odur ki, işçi əmək məzuniyyətindən istifadə etmir və ya istifadə edilməmiş məzuniyyətə görə kompensasiya alır. Misal üçün, sürücü vəzifəsində işləyən işçi nəqliyyat vasitəsini idarə edərkən qəza törədərək əmək qabiliyyətini itirir. Bu zaman Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ona  əlilik müəyyən edilməsinə ehtiyac yarandığından baş verən bədbəxt hadisənin araşdırılması ilə bağlı əmək müfəttişliyinə məlumat göndərilir. Müfəttişliyin araşdırması zamanı məlum olur ki, işçi son 3 ildə əmək məzuniyyəti hüququndan istifadə etməyib. O halda müfəttişliyin təhqiqat aktında qeyd edilir ki, baş verən bədbəxt hadisədə müəssisə təqsirkardır, işçi uzun müddət məzuniyyət hüququndan istifadə etmədiyi üçün, əmək şəraitinin gərginliyindən, fiziki və əqli yorğunluqdan bədbəxt hadisə baş verib. İşgötürən işçini bədbəxt hadisələrdən sığorta etməyibsə, o halda Əmək Məcəlləsinin tələblərinə əsasən, işciyə dəyən zərər görə ödəncləri uzun müddət ödəməlidir. Təbii ki, bu cür ödənclər işəgötürəni kifayət qədər maliyyə itkisinə məruz qoyur, həmçinin işəgötürənin imicinə mənfi təsir edir. Göründüyü kimi, işçinin məzuniyyət hüququndan istifadə etməməsi acı nəticələrə səbəb ola bilər. Bu səbəbdən də işəgötürən işçilərin məzuniyyət hüququndan istifadə etməsinə şərait yaratmalıdır ki, işçi əmək qabiliyyətinin bərpası üçün istirahət etsin.

 

2021-ci ilin may ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər