Altay Cəfərovun təqdimatında: Ezamiyyə xərclərinin rəsmiləşdirilməsi

Altay Cəfərovun təqdimatında: Ezamiyyə xərclərinin rəsmiləşdirilməsi

Nazirlər Kabineti tərəfindən “Ezamiyyə xərclərinin normaları haqqında” Qaydalarda bu ilin yanvar ayında edilmiş dəyişikliklərə görə, ölkədaxili ezamiyyə zamanı mehmanxana üçün təsdiqedici sənədlər lazım olmur. Bununla belə, təcrübədə bəzi suallar ortaya çıxır. Mövzunu sərbəst auditor Altay Cəfərov misallarla izah edir.

Ən çox sual doğuran məsələ ölkədaxili ezamiyyələrdə gündəlik xərclərin ümumi normanın 20 faiz və mehmanxana xərclərinin də 80 faiz olmasıdır: təsdiqedici sənədlər tələb olunmursa, onda bu faizlərə bölünmə nəyi ifadə edir?

Misal: Tutaq ki, “AA” MMC-nin işçisi aprelin 1-dən 5-dək Bakı şəhərinə ezam edilib.

Sual: Bu halda işçinin ezamiyyə müddəti neçə gün olacaq? Ezamiyyənin başlama və bitmə tarixləri hansılardır?

Bunun üçün işçinin ezamiyyəyə göndərilməsi haqqında əmrə diqqət yetirilməlidir. Yəni əmri düzgün tərtib etmək lazımdır, orada ezamiyyənin başlama, bitmə tarixləri, eləcə də işçinin ezamiyyədə neçə gün olacağı, həmçinin işçinin işə çıxma tarixləri əks olunmalıdır.
Misalımızdan göründüyü kimi, normal halda 1-5 aprel tarixləri arasında 5 təqvim günü vardır. Amma işçinin ezamiyyəyə gedib-qayıtmasını nəzərə alsaq, bu müddət 5 tam olmayan və 4 tam olan təqvim günü hesab edilə bilər. Bundan əlavə, ezamiyyənin 1-5 aprel tarixlərində olmasına baxmayaraq, əmrdə işçinin aprelin 5-də, yoxsa 6-da işə çıxacağı göstərilməlidir ki, bu da ezamiyyə xərclərinin düzgün hesablanması üçün zəruridir.

Sualımızın davamı kimi bir məsələni də nəzərdən keçirək. Tutaq ki, əmrdə ezamiyyənin 1-5 aprel tarixlərində, 5 gün müddətində olduğu, işçinin işə 6 aprel 2021-ci ildə çıxmalı olduğu yazılıb.
Birinci varianta görə, işçi ezamiyyədən qayıdanda nəqliyyat xərcini təsdiq edən sənədi təqdim edib və nəqliyyat biletinə görə avtobus Bakı şəhərindən aprelin 6-da saat 01.00-da çıxıb.

İkinci variantda isə işçinin nəqliyyat xərcinin təsdiq edən sənədi “AA” MMC-yə təqdim edilməyib.

Sual: Bu hallarda ezamiyyə necə hesablanacaqdır?

Birinci halda faktiki olaraq işçinin 5 gün ezamiyyədə olduğu həm əmrlə, həm də nəqliyyat bileti ilə təsdiq edilir. Yəni işçi aprelin 5-də Bakıda olub və faktiki olaraq Bakıdan 24.00-dan sonra çıxıb.

Qaydalarda yazılıb:
Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 20 faizini gündəlik xərc (yemək, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlər üzrə xərclər daxil olmaqla) təşkil edir.

Gündəlik xərc - işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün (yolda olduğu müddət nəzərə alınmaqla) ödənilir.

Mehmanxana xərcləri işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün (yolda olduğu müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən olunmuş hissəsi miqdarında ödənilir.

Birinci halda işçiyə ezamiyyə normalarına görə ödənişlər tam olacaqdır. Yəni Bakı şəhərinə gündəlik ezamiyyə məbləği 90 manatdır. Bunun 90 manat * 20% = 18 manat gündəlik xərclər və 90 manat*80% = 72 manat mehmanxana xərcləridir.

Deməli, beş günlük gündəlik xərclər 18 manat*5 gün = 90 manat olacaqdır. Mehmanxana xərcləri də aprel ayının 5-ni tam əhatə etdiyinə görə 5 gün üçün ödəniləcıkdir: 72 manat * 5 gün = 360 manat olacaqdır.

İkinci halda isə işçinin faktiki olaraq geri qayıtmasını sübüt edən nəqliyyat sənədi yoxdur. Bu zaman artıq işçinin ezamiyyə vərəqəsində aparılmış qeydlərə baxmaq lazımdır. Qeydlərdə geri qayıtma kimi imza, möhür atmış təsərrüfat subyekti ayın 5-ni qeyd edib. Ona görə ki, işçi faktiki ezamiyyədən ayın 5-i buraxılıb.

Belə olan halda gündəlik xərclərin ödənilməsi üçün müddət yenə də 5 gün sayılacaqdır. Amma mehmanxana xərclərinin ödənilməsi üçün müddət 5 gün yox, 4 gün hesablanacaqdır. Ona görə ki, faktiki sənədlər işçinin 4 gün gecələdiyini sübut edir.

5 gün * 18 manat = 90 manat gündəlik xərclər;
4 gün * 72 manat = 288 manat mehmanxana xərcləri.

Deməli, yuxarıda qeyd etdiyimiz ezamiyyə xərclərinin faizlərlə bölünməsi hesablamaların və faktiki ezamiyyənin dəyərləndirilməsi üçün nəzərdə tutulub.

Fəxriyyə İKRAMQIZI

Vergiler.az

 

2021-ci ilin aprel ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

5) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər