İşəgötürən işə gəlməyən hamilə qadını işdən çıxarda bilər?

İşəgötürən işə gəlməyən hamilə qadını işdən çıxarda bilər?

 

Satışına start verilən "Əməyin uçotu: A-dan Z-yə" kitabından seçmə

Maraqlıdır, işəgötürənin əmək intizamını pozan hamilə işçini əmək funksiyasını icra etməməsinə görə işdən azad etməsi qanunaziddir?
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsində müəyyən edilib ki, hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Bu maddənin 2-ci hissəsinə əsasən həmin işçilərin əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin «a» bəndi (müəssisə ləğv edildikdə) və 73-cü maddəsi (müddətli əmək müqaviləsinin müddəti bitdikdə) ilə xitam verilə bilər. Digər əsaslarla bu işçilərin əmək müqaviləsinə xitam verilməsi qanunazidd hesab edilir.

Mümkündür ki, Əmək Məcəlləsinə dəyişikliklərdə əmək intizamı pozan və sosial kateqoriyaya aid edilən şəxslərin işdən kənarlaşdırılmasına icazə verilsin. Amma indiki vəziyyətdə işəgötürən Əmək Məcəlləsinin 79-cu maddəsində qeyd edilən şəxslərin əmək müqaviləsinə xitam verə, həmçinin onları işdən kənarlaşdıra da bilməz.

2021-ci ilin apral ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

5) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər