İxtisarla bağlı xəbərdarlıq müddətində diqqət yetiriləsi VACİB MƏQAM

İxtisarla bağlı xəbərdarlıq müddətində diqqət yetiriləsi VACİB MƏQAM

Satışına start verilən "Əməyin uçotu: A-dan Z-yə" kitabından seçmə

Əmək Məcəlləsinin 77-ci maddəsinin birinci hissəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:

bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi;
bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;
beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi;
on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
Maddədə diqqət yetiriləsi məqam odur ki, işəgötürən ixtisar qərarı verdikdə, işçilərın öncədən məlumatlandırılmasını mütləq həyata keçirilməlidir.
Əmək Məcəlləsinin 77-ci maddəsinə uyğun olaraq, işçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda, işəgötürən mütləq olaraq işçini rəsmi xəbərdar etməlidir. Son dəyişikliyə qədər, işəgötürən işçilərə hər hansı fərq qoymadan 2 ay öncədən onları ixtisar haqqında məlumatlandırmalı idi.
Dəyişikliklərdən sonra rəsmi xəbərdarlıq verilməsi müddəti işçinin işəgötürənlə bağladığı əmək müqaviləsinə (əmək müqavilələrinə) əsasən müəyyən edilir.
Maddəni misallarla izah etməmişdən öncə bir daha bildirək ki, işçilərin sayının azaldıldığı və ştatların ixtisarı zaman əmək stajı dedikdə, ümumi əmək ştajı yox, işçinin sonuncu işəgötürənlə bağladığı əmək müqaviləsinə və ya müqavilələrinə görə müəyyənləşdirilən staj başa düşülür.
Misal 1. İşçinin “A” MMC-də bir il əmək stajı olsa da, ümumi stajı 10 ildir. Bu halda artıq 10 il yox, 1 il əsas götürülərək işdənçıxarma müavinəti hesablanacaq.
Misal 2. İşçinin “A” MMC-də son əmək müqaviləsi üzrə iş stajı 2 ildir. Ümumi iş stajı 12 il olan işçi üç il öncə bu təşkilatda 3 il çalışıb. Artıq işdənçıxarma müavinəti hesablanarkən, nə 10 il, nə də son 2 il əsas götürüləcək. Rəsmi xəbərdarlıq verilməsi müddəti 5 illik (2 + 3) staja uyğun hesablanacaq.

2021-ci ilin mart ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər