Protokoldan çıxarış necə hazırlanmalıdır?

Protokoldan çıxarış necə hazırlanmalıdır?

Satışını davam edən “A-dan Z-yə: Kargüzarlıq” (III nəşr) kitabından seçmə

Praktikada “protokoldan çıxarış” deyilən anlayışdan da istifadə olunur. Protokoldan çıxarış nədir və nə məqsədlə istifadə olunur?

Bəzən “sənəddən çıxarış”la “sənədin surəti” anlayışları eyniləşdirilir. Bu, tamamilə yanlışdır, iki sənəd arasında prinsipial fərq var. Sənədin surəti sənədin əsli ilə identik bir sənəddir. Surətin çıxarılması, adətən, surətçıxarma aparatının köməyilə həyata keçirilir. Çıxarış isə sənədin orijinalının bir hissəsidir.

Bəzən protokolda olan informasiyanın bir hissəsi geniş auditoriya üçün nəzərdə tutulmayan, şirkətin cari fəaliyyətinin məxfi tərəfi ilə bağlı məlumatlar olur. Bu zaman çıxarış vəziyyətdən çıxış yolu kimi köməyə çatır. Məhz çıxarışın köməyi ilə maraqlı tərəf yalnız özünə aidiyyəti olan məlumatları əldə edir, protokolun məxfiliyi qorunur. Digər tərəfdən çıxarış böyük həcmli protokollar zamanı faydalıdır. Çünki çıxarış iclasda müzakirə olunan hansısa bir məsələ ilə bağlı olduğundan bütün protokolu təsdiq edib verməyə lüzum qalmır.

Təcrübədən çıxış etsək, deyə bilərik ki, protokoldan çıxarış geniş istifadə olunan bir üsuldur  və o imkan verir ki, rəhbərlik bütün müəssisənin işin əlaqələndirsin, təşkil etsin, istehsal prosesinə nəzarəti həyata keçirsin, əmrlərin icrasını tənzimləyə bilsin. Məhz belə çıxarışların vasitəsilə dövlət nəzarət orqanları, kontragentlər, bank-kredit təşkilatları vaxtında şirkətin fəaliyyətilə bağlı məlumat ala bilirlər.

Protokoldan çıxarış, adətən müəssisədə protokollarla işləyən, onun saxlanmasına cavabdeh olan işçi (bu katib də ola bilər, hüquqşünas da, kargüzar da, müəssisəinin rəhbəri də) hazırlayır. Protokoldan çıxarışın əsli ilə düz olması şirkətin (təşkilatın) səlahiyyətli işçisi tərəfindən təsdiq olunur. Əgər şirkətdə (təşkilatda) bu məqsədlə hazırlanmış xüsusi ştamp və ya möhür varsa,  ondan istifadə edilə bilər.

Protokoldan çıxarışı almaq üçün maraqlı tərəf xüsusi sorğu və ya ərizə ilə təşkilatın rəhbərinə müraciət etməli və tələb etdiyi sənədin nə üçün ona lazım olduğunu əsaslandırmalı və hansısa təşkilata verməlidirsə, həmin təşkilatın müvafiq sənədini təqdim etməlidir.

-----------------------------------------------------------------------------------

Unutmayın:

Protokoldan çıxarış aşağıdakı qaydada hazırlanır:

  1. Sənəddə təşkilatın adı, iştirakçılar barədə məlumat, iclasın gündəliyi mütləq əks etdirilməlidir;
  2. Sonra maraqlı tərəfə aidiyyəti olan məlumatlar, o cümlədən qərar yazılmalıdır;
  3. Bundan sonra sənədin sonunda “Düzdür” və ya “Çıxarış düzdür” qeydi və tarix qoyulmalıdır.

 

2021-ci ilin fevral ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər