İndi isə koronavirusla bağlı risk qrupuna daxil olan işçilərin işə davamiyyətinın dayandırılması (və ya azaldılması) halının rəsmiləşdirilməsinə baxaq. Qeyd edək ki, müəssisə bu qərarı verməkdə sərbəstdir.
Blank “Alov” MMC
ӘMR
№________
Bakı şәhәri ____ _________2020-ci il
Risk qrupuna daxil olan işçilərin işə davamiyyəti haqqında
Azәrbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrini nəzərə alaraq koronavirusla bağlı risk qrupuna daxil olan işçilərin sağlamlığının qorunması məqsədilə
ӘMR EDİRӘM:
- Qeydiyyatda olduğu poliklinikadan şəkər, ürək-damar, tənəffüs yolları xəstəliyinin olması ilə bağlı arayış təqdim edən işçilərin işə davamiyyəti dayandırılsın.
- Baş mühasib Əliyev Tapdıq Samir oğlu qeyd olunan işçilərin əmək müqavilələrində nəzərdə tutulmuş əmək haqlarının hesablanaraq ödənilməsini təmin etsin.
- Kadrlarla iş şöbәsinin mudiri Ağazadә Nazlı Hәsәnağa qızı:
3.1. əmrin tələblərinin iş vaxtının tabel uçotunda nəzərə alınmasını təmin etsin.
3.2. işçiləri əmrlə tanış etsin.
Direktor _______ Nәbili N.N.
Әmrlә tanış oldum:
__________ Muradov D.Ə.
Tarix: ________
Təbii ki, işəgötürənlər risk qrupuna daxil olan işçilərin işə davamiyyətini tamamilə dayandırmaya da bilər. Onların güzəştli şərtlərlə işə gəlməsini nəzərdə tutulması da mümkündür. Bu, işəgötürənin seçimindən asılıdır.
2021-ci ilin fevral ayında satışda olacaq kitablar:
1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat (Satışına start verilib)
2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat
6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat
7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat
8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)
Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.