İşçinin məzuniyyət dövrünə ümumxalq hüzn günü təsadüf etdiyi halda məzuniyyət günləri uzadılmalıdır?

İşçinin məzuniyyət dövrünə ümumxalq hüzn günü təsadüf etdiyi halda məzuniyyət günləri uzadılmalıdır?

Növbəti həftədən satışda olan "Əməyin uçotu: A-dan Z-yə" kitabından seçmə

Məzuniyyət günlərinin artırılması ilə bağlı ən çox verilən suallardan biri də, həmin dövrə ümümxalq hüzn gününün (20 yanvar) təsadüf etməsidir. Əmək Məcəlləsinin 114-cü maddəsinin 6-cı hissəsində qeyd edilir ki, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir. Göründüyü kimi, Əmək Məcəlləsinin müvafiq maddəsində ümümxalq hüzn və ya səsvermə günü ilə bağlı hər hansı qeyd yoxdur. O səbəbdən də məzuniyyət dövrünə bu günlər təsadüf etdiyi halda, məzuniyyət günlərinin müddəti uzadılmır.

Amma Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birlikdə izahat hazırlayıb. Həmin izahatda Beynəlxalq Əmək Təşkilatının “Ödənişli məzuniyyətlər haqqında” adlı, 132 saylı konvensiyasına istinad olunub.  Həmin konvensiyada qeyd edilir ki, bayram və digər iş günləri hesab edilməyən qeyri-iş günləri məzuniyyətin dövrünə daxil edilmir. O səbəbdən də, "İzahat"da ümümxalq hüzn günü qədər məzuniyyət müddətinin uzadılması qeyd olunub. Bir məsələni də qeyd edək ki, həmin izahat Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmədiyinə görə hüquqi-normativ sənəd hesab olunmur.
Həmkarlarımıza bildirmək istəyirik ki, İzahatın tələbinə və işçinin məzuniyyət hüquqlarının tam təmin edilməsi üçün məzuniyyət dövrünə təsadüf edən ümümxalq hüzn (20 yanvar) günü qədər məzuniyyətin müddətini artırsınlar. Amma işəgötürən həm müddət qədər məzuniyyətiin günü artmadığı halda da Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları  İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsini tətbiq etməyəcəklər. Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə əsasən,  işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə- vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Çünki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birlikdə hazırladığı izahat işəgötürənlərə tövsiyyə xarakterli sənəd kimi qəbul oluna bilər.

2021-ci ilin yanvar ayından satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.
 
Kitabı sifariş etmək və ya öncədən ödənişləri həyata keçirmək istəyənlər şərh hissəsinə, [email protected] adressinə yazmaqla və ya 012-564-86-85, 012-368-12-72 nömrələri ilə əlaqə saxlamaqla fikirlərini bildirə bilərlər.
 
 
 

1 Komment

  1. Əli 09 Yanvar 2021

    Salam zəhmət olmasa Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) və Əməyin uçotu: A-dan Z-yə kitablarının mündəricatını göndərə bilərsiniz

Şərh yazın

Xəbərlər