Sərəncamverici sənəd hesab edilən qərar necə hazırlanmalıdır? (Nümünəvi forma)

Sərəncamverici sənəd hesab edilən qərar necə hazırlanmalıdır? (Nümünəvi forma)

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (III nəşr) kitabının “Sərəncamverici sənədlər (əmr, protokol, qərar): tərtibi,rəsmiləşdirilməsi və qeydiyyatı” bölməsindən seçmə

Kollegial şəkildə idarə olunan təşkilatlarda, səhmdar cəmiyyətlərdə, bir neçə təsisçinin yaratdığı MMC-lərdə də idarəetmə vasitəsi kimi sərəncamverici sənəddən - qərardan istifadə olunur.

Bir neçə nümunəyə baxaq.

-------------------------------------------------------------------------------------

Q Ə R A R   №____

 

Gəncə şəhəri                                                   “      ”________  20__-ci il

“Alov” Məhdud Məsuliyyətli Cəmiyyətinin

təsis edilməsi haqqında

Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə

 

Q Ə R A R A   A L I N S I N :

 

  1. Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunvericilik aktlarına uyğun olaraq, “Alov” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilsin.
  2. Cəmiyyətin nizamnaməsi təsdiq edilsin.
  3. Cəmiyyətin nizamnamə kapitalı hər birinin nominal dəyəri 1000 (bir min) manat olan 2 (iki) paydan ibarət olmaqla 2.000 (iki min) manat məbləğində müəyyən edilsin.
  4. Cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə Salamov Qadir Miri oğlu (şəxsiyyət vəsiqəsi AZE № ______) təyin edilsin.

Təsisçi __________ Muradov Cəmil Adil oğlu (şəxsiyyət vəsiqəsi AZE №  __________)

Təsisçi __________Alişov Sabir İntiqam oğlu (şəxsiyyət vəsiqəsi AZE №  _________)

-------------------------------------------------------------------------------------

 

Nümunə:

“Alov” MMC

QƏRAR

                       

Bakı şəhəri                                                        “    ” _______  20___-c_ il

 

“Atəş” filialının yaradılması haqqında

Cəmiyyətin fəaliyyətinin genişləndirilməsi və yeni iş yerlərinin açılması məqsədilə “Alov” MMC-nin nizamnaməsinə uyğun  olaraq

QƏRARA ALINSIN:

  1. Cəmiyyətin “Atəş” filialı yaradılsın və onun Əsasnaməsi təsdiq edilsin (Əsasnamə əlavə olunur).
  2. Cəmiyyətin balansında olan ...................................................... ünvanda

yerləşən ...................................................................... daşınmaz əmlak və

 daşınmaz əmlakın növü göstərilir (qeyri yaşayış sahəsi, bina , tikili və s.)

........................................................................filialın istifadəsinə verilsin.

                    (avadanlıq, qurğu, nəqliyyat və s.)

  1. “Atəş” filialının direktoru vəzifəsinə İbişov Əhməd Nazim oğlu təyin edilsin.
  2. Filialın vergi uçotuna alınması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən 30 gün müddətində Vergilər Nazirliyinə müraciət edilsin.

Qoşma: 5 vərəq, 1 nüsxə

Direktor: ________Salamov Qadir Miri oğlu

Möhür

-------------------------------------------------------------------------------------

 

“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA

0 Komment

    Şərh yazın

    Xəbərlər