- Yeni yaşayış yerinə köçdükdə;
- Başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda;
- Seksual qısnamaya məruz qaldıqda;
- Hər hansı səbəb bildirmədən işdən çıxmaq istədikdə.
İşçi yuxarıda qeyd etdiyimiz hallarda işdən çıxması haqqında ərizəsini işəgötürənə təqdim etməlidir. İşçi səbəbini göstərməklə işdən çıxırsa, həmin səbəbi təsdiq edən sənədləri də təqdim etməlidir. Əmək Məcəlləsində səbəblərin təsdiqedici sənədləri haqqında konkret məlumat verilməsə də, fikrimizcə səbəblər üzrə sənədlər aşağıdakı kimi olmalıdır:
1) Yaşa və ya əlilliyə görə təqaüdə çıxdıqda - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumunun sənədi;
2) Təhsilini davam etdirmək üçün təhsil müəssisəsinə daxil olduqda - Təhsil müəssisəsinə qəbul olunması haqqında arayışı;
3) Yeni yaşayış yerinə köçdükdə - Yeni yaşayış evinin qeydiyyat şəhadətnaməsi. Əgər qeydiyyatda deyilsə, yaşayış yeri üzrə müvafiq mənzil kommunal idarəsindən arayış;
4) Başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda - Yeni işəgötürənlə bağladığı əmək müqaviləsi;
5) Seksual qısnamaya məruz qaldıqda - Seksual qısnamaya məruz qalması haqqında işəgötürənə müraciəti. Burada işəgötürənin qeyd edilən məsələ üzrə araşdırma apararaq verdiyi rəy də önəmlidir.
“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya