Çərşənbə, 02 Dekabr 2020 06:24

İşəgötürən işçinin xəstəlik vərəqəsinin yoxlanılmasını tələb edə bilər?

Satışı bitən "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" (II nəşr) kitabından seçmə

Təcrübədə rast gəlinən hallardan biri bəzi sağlam işçilərin müəyyən üsullarla xəstəlik vərəqəsi alaraq işəgötürənə təqdim etməsidir. Mks.az saytı olaraq bu məsələ ilə bağlı aşağıdakı suallarla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik: “İşəgötürən əmək qabiliyyətini müvəqqəti itirmiş işçinin təqdim etdiyi sənədin doğruluğunu yoxlaya bilər? İşəgötürənin komissiya yaradıb əmək qabiliyyətini müvəqqəti itirdiyini iddia edən işçinin ev ünvanına səfər etmək və ya işçinin xəstəliyi ilə bağlı başqa səhiyyə orqanına müraicət edib təkrar müayinə tələb etmək kimi hüququ var?”

ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin imzaladığı 23 avqust 2019-cu il tarixli məktubla suallarımıza aşağıdakı məzmunda cavab verilib: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 yanvar 1993-cü il tarixli, 9 nömrəli qərarı ilə təsdiq edilmiş “ Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında Təlimat”ın 17-ci hissəsinə əsasən, sığorta haqqı ödəyən uzun müddət və tez-tez xəstələnən şəxslərə baş həkim ayrıca həkim təhkim etməli və bu barədə həmkarlar ittifaqları komitələrini xəbərdar etməlidir. Sığorta edilmiş şəxsə ayrıca həkim təhkim olunması barədə həmkarlar ittifaqları komitələri xəstəni yazılı surətdə xəbərdar etməlidir ki, başqa həkimlər tərəfindən ona verilmiş xəstəlik vərəqələri ödənilməyəcəkdir (müstəsna olaraq həmkarlar ittifaqları komitələrinin xüsusi qərarlarından başqa).”
DƏMX rəsmilərinin cavabda istinad etdiyi qaydaya əsasən, uzun müddət və tez-tez xəstələnənlərlə bağlı prosesə nəzarəti işəgötürən yox, baş həkim tərəfindən həyata keçirilir. Qaydalarda işəgötürənin işçinin təkrar müayinə etmək hüququ haqqında hər hansı məlumat verilmir.

“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA

 
 
 

Şərh yazın