İşçilərin sayı və ya ştatlar ixtisar edildikdə proses necə tənzimlənir?

İşçilərin sayı və ya ştatlar ixtisar edildikdə proses necə tənzimlənir?

Fikrimizcə, müəssisənin ləğvi zamanı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı kifayət qədər məlumat verdik. İndi isə, 70-ci maddənin növbəti, “b” bəndi, yəni işçilərin sayı və ya ştatlar ixtisar edildikdə, həyata keçirilən prosedurlar haqqında məlumat verək.

İşəgötürən işçilərin sayı və ya ştatların ixtisarı zamanı mütləq olaraq 2 aya öncədən işçini xəbərdar etməlidir.

Əmək Məcəlləsinin 77-ci maddəsinə uyğun olaraq, işçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda, işəgötürən mütləq olaraq işçini rəsmi xəbərdar etməlidir. Son dəyişikliyə qədər, işəgötürən işçilərə hər hansı fərq qoyulmadan 2 ay öncədən işçiləri ixtisar haqqında məlumatlandırmalı idi.

Dəyişikliklərdən sonra rəsmi xəbərdarlıq verilməsi müddəti işçinin işəgötürənlə bağladığı əmək müqaviləsinə (əmək müqavilələrinə) əsas müəyyən edilir:

- bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi;

- bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi;

- beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi;

- on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.

Maddəni misallarla izah etməmişdən öncə bir daha bildirik ki, müəssisənin ləğvində olduğu kimi işçilərin sayının azaldığı və ştatların ixtisarı zaman əmək stajı dedikdə, ümümi əmək ştajı yox, işçinin işəgötürənlə bağladığı əmək müqaviləsinə və ya müqavilələrinə görə müəyyn edilir.

Fərz edək ki, işəgötürən qərar verir ki, nağdsız ödənişə keçidlə əlaqədar olaraq 1 yanvar 2020-ci il tarixdən etibarən kassir vəzifəsi ləğv edilsin. Kassir vəzifəsində çalışan 4 işçinin işəgötürənlə bağladığı əmək müqaviləsinə uyğun olaraq iş stajları fərqli olduğu üçün xəbərdarlıq müddətləri də fərqlənəcək:

Bir ilədək əmək satjı olan kassirə xəbərdarlıq müddəti - ən geci 17 dekabr 2019-cu il;

Bir ildən beş ilədək əmək stajı olan kassirə xəbərdarlıq müddəti – ən geci 3 dekabr 2019-cu il;

Beş ildən on ilədək əmək stajı olan kassirə xəbərdarlıq müddəti – 19 noyabr 2019-cu il;

On ildən çox əmək stajı olan kassirə xəbərdarlıq müddəti – 29 oktyabr 2019-cu il.

Göründüyü kimi, əgər işəgötürənin ixtisar etdiyi işçilər arasında stajı 10 ildən artıq olan şəxs varsa, o halda işəgötürən 29 oktyabr 2019-cu il tarixdə xəbərdarlıq etməlidir. Bu müddəti ötürmüş olarsa, heç bir halda 1 yanvar 2020-ci ildən kassir vəzifəsini ləğv edə bilməz. Amma ixtisar olunan işçilərin ən çox əmək stajına malik olanı on ilədəkdirsə, o zaman işəgötürən ən geci 19 noyabr 2019-cu il tarixdən xəbərdarlıq prosedurunu işə salmalıdır.

 

“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər