Çərşənbə axşamı, 01 Dekabr 2020 06:58

Karantin dövründə işçilərin ödənişli məzuniyyətə göndərilməsi necə tənzimlənir?

Karantin dövründə işçilərin ödənişli və ya ödənişsiz məzuniyyətə göndərilməsi məsələsi fəaliyyəti tam qadağan olunmuş və fəaliyyətinə məhdudiyyət qoyulmamış, lakin pandemiyadan zərər çəkmiş sahələrdə fərqlənir. Ona görə də hər iki sahənin işəgötürənlərində işçilərin məzuniyyətə göndərilməsi ilə bağlı hallara ayrılıqda baxacağıq. 

Koronavirus pandemiyası səbəbindən fəaliyyəti tam məhdudlaşdırılmış sahibkarlıq subyektlərində işçilərin ödənişli (burada əmək məzuniyyətindən söhbət getmir) və ya ödənişsiz məzuniyyətə göndərilməsi mümkündür. Bu, işəgötürənin maliyyə vəziyyətindən asılıdır. Əgər işəgötürənin maliyyə vəziyyəti qənaətbəxşdirsə, o zaman işçiləri ödənişli məzuniyyətə göndərə bilər.

Belə əmrin nümunəvi formasına baxaq:

Blank “Alov” MMC

ӘMR

№________

Bakı şәhәri                                              ____ ____________2020-ci il

Koronavirus pandemiyası ilə bağlı işçilərin ödənişli məzuniyyətə göndərilməsi haqqında

Azәrbaycan Respublikasının Nazirlər Kabinetinin ___ __________2020-ci il tarixli, ___№-li qərarı ilə Səhmdar Cəmiyyətin fəaliyyətinin tam məhdudlaşdırılmasını nəzərə alaraq və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 146-cı maddəsinin birinci hissəsinə әsaslanaraq

 ӘMR EDİRӘM:

  1. ____ ___________ 2020-ci il tarixdən Səhmdar Cəmiyyətin Satış və Marketinq departamentlərinin işçiləri 1 (bir) ay müddətində ödənişli məzuniyyətə göndərilsin.
  2. Baş mühasib Əliyev Tapdıq Samir oğlu ödənişli məzuniyyətə göndərilən işçilərin əmək haqlarının onların vəzifə maaşlarının üçdə ikisi hissəsi qədər hesablanaraq ödənilməsini təmin etsin.
  3. Əmrin icrasına nəzarət Kadrlarla iş şöbәsinin mudiri Ağazadә Nazlı Hәsәnağa qızına həvalə olunsun.
  4. İşçilərin əmrlə tanış olmaları həyata keçirilsin.

 

 Direktor _______ Nәbili N.N.

Әmrlә tanış oldum:

Tarix: ________

__________ Qafarov S.M.

Tarix: ________

__________ Quliyev R.Ә.

Tarix: ________

 

“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA

Şərh yazın