Cümə axşamı, 26 Noyabr 2020 06:17

Koronavirus pandemiyası ilə bağlı işçilərin ödənişsiz məzuniyyətə göndərilməsi necə rəsmiləşdirilməlidir? (Nümünəvi forma)

Satışı davam edən "Kargüzarlıq: A-dan Z-yə" kitabının "Karantin dövründə əmək münasibətlərinin rəsmiləşdirilməsi" bölməsindən seçmə

Bir məsələni qeyd edək ki, yuxarıda qeyd etdiyimiz iki haldan (ödənişli və ya ödənişsiz məzuniyyət) birini seçərkən işəgötürənin işçilərə münasibətdə ayrı-seçkiliyə yol verməsi qadağandır. Başqa sözlə desək, eyni vaxtda işçilərin bir hissəsini ödənişli, digər hissəsini ödənişsiz məzuniyyətə göndərmək yolverilməzdir. Əmək Məcəlləsinin 16-cı maddəsi əmək münasibətlərində işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsini qadağan edir. İndi isə belə müəssisələrdə (fəaliyyəti tam məhdudlaşdırılmış) işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması əmrinin nümunəvi formasına baxaq.

Blank “Alov” MMC
ӘMR
№________

Bakı şәhәri ____ ____________2020-ci il

Koronavirus pandemiyası ilə bağlı işçilərin ödənişsiz məzuniyyətə göndərilməsi haqqında


Azәrbaycan Respublikasının Nazirlər Kabinetinin ___ __________2020-ci il tarixli, ___№-li qərarı ilə Səhmdar Cəmiyyətin fəaliyyətinin tam məhdudlaşdırılmasını nəzərə alaraq və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 146-cı maddəsinin birinci hissəsinə әsaslanaraq

ӘMR EDİRӘM:

1. ____ ___________ 2020-ci il tarixdən Səhmdar Cəmiyyətin Satış və Marketinq departamentlərinin işçiləri 1 (bir) ay müddətində ödənişsiz məzuniyyətə göndərilsin.
2. Əmrin icrasına nəzarət Kadrlarla iş şöbәsinin mudiri Ağazadә Nazlı Hәsәnağa qızına həvalə olunsun
3. İşçilərin əmrlə tanış olmaları həyata keçirsin.

Direktor _______ Nәbili N.N.

Әmrlә tanış oldum:
__________ Qafarov S.M.
Tarix: ________
__________ Quliyev R.Ә.
Tarix: ________

Qeyd edək ki, fəaliyyəti tam məhdudlaşdırılmış müəssisələrdə işçilərin ödənişsiz məzuniyyətə göndərilməsi işəgötürənin əsaslandırılmış qərarı əsasında olmalıdır. Çünki belə qərarlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılır.

 “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA

Şərh yazın