2) Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir.
Açıqlama: Bölmənin növbəti hissəsində əmək haqqına əlavələr haqqında kifayət qədər məlumat verəcəyik. Qeyd etmək istəyirik ki, əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Bundan əlavə, bəzi vəzifələr üçün staj müddəti, elmi dərəcə və rütbəyə görə artımlar mövcüddur. Əlavə iş saatı və ya istirahat günlərində işləməyə görə müəyyən edilən əlavələr bu cür əmək haqqında əlavə hesab edilmir.
3) Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.
Açıqlama: Misal üçün, işəgötürən tərəfindən işçiyə peşə bayramı və ya ad günü ilə bağlı verilən mükafatlar əmək haqqının tərkibinə aid edilən mükafatlar hesab olunmur. Amma əmək və ya kollektiv müqavilədə qeyd olunan və əmək haqqı sistemində nəzərdə tutulan mükafatlar (məsələn, aylıq işin nəticəsinə görə müəyyən edilən mükafatlar) əmək haqqının tərkibinə aid edilir.
“A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq, Poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.