Səfərbərliyə cəlb edilən işçiyə maddi yardımın verilməsi necə rəsmiləşdirilməlidir? (Nümünəvi forma)

Səfərbərliyə cəlb edilən işçiyə maddi yardımın verilməsi necə rəsmiləşdirilməlidir? (Nümünəvi forma)

Torpaqlarımızın düşmənlərdən təmizlənməsində şanlı ordumuzun tərkibində ehtiyatda olan hərbi quluqçularımız da uğurla iştirak edir. Qismən səfərbərliyin elan edilməsindən sonra ehtiyatda olan hərbi quluqçularımız cari iş yerində orta əmək haqları saxlanılmaqla Vətənin müdafiəsinə cağırılıblar.

Sevincidir haldır ki, işəgötürənlərin əksəriyyəti həmin işçilərə əmək haqqı ilə yanaşı, əlavə ödəniş kimi maddi yardım da verirlər. Belə işçilərə maddi yardımın verilməsi ilə bağlı “A-dan Z-yə Kargüzarlıq” kitabının müəllifi Qalib Toğrulun hazırladığı nümünəvi formanı həmkarlarımıza təqdim edirik:

                                                    

Blank “Alov” MMC

ƏMR 

№________

Bakı şəhəri rayonu                                          ______noyabr 2020-ci il

Vətənin müdafiəsi məqsədilə qismən səfərbərliyə cəlb edilən işçilərə maddi yardım verilməsi haqqında

 Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Sərəncamına müvafiq olaraq Vətənin müdafiəsinə cəlb edilmiş işçilərə maddi dəstək göstərilməsi məqsədilə

ƏMR EDİRƏM:

  1. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 185-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq “Alov” MMC-nin qismən səfərbərliyə cəlb edilən aşağıdakı işçilərinin hər birinə rəhbərlik adından yazılı təşəkkür elan edilməklə, 500 (beş yüz) manat məbləğində birdəfəlik maddi yardım verilsin:

1.1. Mühasib Əliyev Ramiz İdris oğlu;

1.2. Mühəndis Qəribov Əbdül Şakir oğlu.

  1. Baş mühasib Səlimova Sultanə Sahib qızı və Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızı əmrin icrasından irəli gələn maliyyə və təşkilati məsələləri həll etsinlər.
  2. İşçilərin çalışdıqları şöbələrin rəhbərləri maddi yardımın onların ailəsinə çatdırılmasını təmin etsinlər.
  3. Əmrin icrasına nəazrət direktorun maliyyə məsələləri üzrə müavini Şıxıyev Qənbər Sərvər oğluna həvalə olunsun.

 Direktor ____________Nəbili N.N.

Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA

1 Komment

  1. Pirzadə 04 Noyabr 2020

    Salam. Kitabın qiyməti haqda məlumat verin zəhmət olmasa.

Şərh yazın

Xəbərlər