Qısadılmış iş vaxtı ilə bağlı VACİB MƏQAMLAR

Qısadılmış iş vaxtı ilə bağlı VACİB MƏQAMLAR

Satışı davam edən "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" (II nəşr) kitabından seçmə

Altıgünlük iş həftəsində iş vaxtlarının 36 saat və 24 saat bölünməsinin bir səbəbi də qısadılmış iş vaxtında bəzi işçilər üçün maksimum bu müddətin müəyyən olunmasıdır. Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən, işçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq bu Məcəllə ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər.
Maddədən göründüyü kimi, qısaldılmış iş vaxtının müəyyən olunmasında müəyyən kateqoriyalı işçilər var ki, onlar üçün mütləq olaraq qısadılmış iş vaxtı müəyyən edilməlidir. Həmin işçilər üzrə qısadılmış iş vaxtında maksimum iş saatı aşağıdakı kimi müəyyən edilir:
- Həftəlik iş saatı 24 saatdan çox olmayanlar: 16 yaşınadək işçilər
- Həftəlik iş saatı 36 saatdan çox olmayanlar: 1-ci, 2-ci qrup əlil olan işçilər, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər

Misal 1. Həftəlik 40 saatlıq iş rejimi olan işçi müvafiq tibb məntəqəsindən hamilə olması haqqında arayışı işəgötürənə təqdim edir. İşəgötürənin əmri əsasında arayışın təqdim edildiyi tarixdən etibarən işçinin həftəlik iş saatı 36 saata endirilməlidir.
Misal 2. Həftəlik 40 saatlıq iş rejimi ilə işləyən işəgötürən 2-ci qrup əlili işə qəbul edir. Artıq işəgötürənlə işçi arasında bağlanan əmək müqaviləsinə görə işçinin həftəlik iş saatı 36 saatdan yüksək olmamalıdır.
Misal 3. Analıq məzuniyyətindən işə qayıdan işçi üçün həftəlik 36 saatdan artıq olmayan iş rejimi uşağın bir il altı ayı tamam olandan sonra bitir. İşəgötürən işçinin yenidən həftəlik 40 saatlıq iş rejiminə qayıtması haqqında əmr verir. Amma burada bir məqama diqqət yetirmək lazımdır ki, əgər işçi uşağını təkbaşına böyüdərsə, o zaman işəgötürən belə əmr verə bilməz. İşəgötürən yalnız uşağın üç yaşı tamam olduqdan sonra işçini həftədə 40 saatlıq iş rejiminə qaytara bilər.

1 Komment

  1. Orxan 10 Sentyabr 2022

    Salam.Qeyd olunur ki, hamiləliklə bağlı arayışı təqdim etdikdən sonra iş saatı azaldıla bilər.hamiləliyin neçənci ayından sonra bu şamil oluna bilər. Yoxsa elə hamilədirsə fərqi yoxdur.

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər