Hərbi təlimə çağrılan işçinin əmək haqqısı necə hesablanmalıdır? (MİSALLA İZAH)

Hərbi təlimə çağrılan işçinin əmək haqqısı necə hesablanmalıdır? (MİSALLA İZAH)

Son günlər ölkəmizdə bəzi işçilərin orduya çağırılması hallarına rast gəlinirik. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin açıqlamasına əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən, işçi olan hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılır. Maraqlıdır ki, hərbi toplanışa çağrılan işçilərin əmək haqqısı hesablanması necə tənzimlənir. Mks.az saytının eksperti Anar Bayramov bu məsələyə aydınlıq gətirməyə çalışıb.

Əmək Məcəlləsinin 179-cü maddəsinin g) bəndinə əsasən, işçilər hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlara və səlahiyyətləri daxilində hərbi komissarlıqların cəlb etdiyi digər hərbi tədbirlərdə iştirak etdikdə, habelə hərbi nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunduqda iş yeri və orta əmək haqqısı saxlanılmalıdır. Qeyd edək ki, Əmək Məcəlləsinin 179-cü maddəsinə hesablanan orta əmək haqqı aşağıdakı qaydada hesablanır:

İşçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir (Maddə 177.)

Misal. Dövlət qurumu tərəfindən “A” MMC-nin işçisi 2020-cu ilin sentyabr ayında 7 günlük hərbii təlimə cağrılıb.  Həmin günləridə 5 iş günü mövcüddur. Tarif (vəzifə) maaşı 800 manat məbləğində olan işçinin iyul və avqust ayları üzrə mükafat və bonuslar nəzərə alınmaqla əmək haqqı gəlirləri müvafiq olaraq 1000 və 1200  manat təşkil edib. Sentyabr ayı üzrə hərbi təlim günləri nəzərə alınmaqla işçinin əmək haqqını hesablayaq.

  • İyul ayı üzrə iş günlərin sayı və əmək haqqı  gəlirləri- 22 gün və 1000 manat
  • Avqust ayı üzrə iş günlərinin sayı və əmək haqqı  gəlirləri – 20 gün və 1200 manat
  • Sentyabr ayı üzrə iş günlərinin sayı və vəzifə(tarif) maaşı – 22 gün və 800 manat
  • Sentyabr ayında işçinin hərbi təlimdə olduğu iş günlərinin sayı - 5 gün

Hərbi təlim zamanıorta əmək haqqının saxlanması şərti ilə əmək haqqının hesablanması qaydası aşağıdakı kimi olacaq:

1 günlük orta əmək haqqının hesablanması - (1 000 manat (iyul ayı üzrə əmək haqqı) + 1 200 manat (avqust ayı üzrə əmək haqqı))/(22 gün (iyul ayı üzrə iş günlərin sayı) +20 gün (avqust ayı üzrə iş günlərin sayı))= 52,38 manat

Hərbi təlimdə olan 5 iş günü üzrə əmək haqqı – (52.38 manat (1 günlük orta əmək haqqı) x 5 gün (hərbi təlimdə olan iş günlərin sayı) = 261,90 manat

Sentyabr ayı üzrə işçinin təlim səbəbindən işdə olmadığı günlərə görə əmək haqqı – (800 manat (sentyabr ayı üzrə əmək haqqı) / 22 gün (sentyabr ayı üzrə iş günlərin sayı) x 17 gün (hərbi təlim günləri istisna olmaqla, digər iş günləri) = 618,18 manat

Sentyabr ayı üzrə cəmi tarif (vəzifə) maaşı  – (261, 90 manat (hərbi təlim günləri üzrə əmək haqqı) + 618.18 manat (işlədiyi iş günləriə əmək haqqı) = 880,08 manat

Göründüyü kimi, bizim misalda işçiyə sentyabr ayında 800 manat əmək haqqı hesablanmalı olduğu halda, 5 iş günü hərbi təlimdə olması səbəbindən hesablanan əmək haqqı 880,08 manat təşkil etdi. 

Əmək Məcəlləsinin 177-ci maddəsi işəgötürənə hərbi təlimdə olan işçiyə əmək haqqı hesablanarkən orta əmək haqqının hesablanmasını tələb edir. Təcrübədə bəzi işgötürənlər tərəfindən işçiyə hərbi təlimdə olduğu iş günləri üzrə hesablanan əmək haqqını hesablandığı iş günlərindəki tariflərə bərabər tuturlar. Misalımıza uyğun olaraq, işəgötürən tərəfindən işçiyə hərbi təlimdə olduğu günlər nəzərə alınmaqla 800 manat əmək haqqı hesablanmasına da rast gəlinir.

Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

14 Komment

  1. Turan 23 Sentyabr 2020

    İşsiz insanlar telimlere celb olunarken onların emek haqqı nece hesablanır

  2. Mübariz 29 Sentyabr 2020

    Salam. Mən “A-dan Z-yə" yeni nəşri sifariş etmək isdəyirəm. Qiyməti neçəyədir, çatdırılma varmı?

  3. Elnara 30 Sentyabr 2020

    Salam. İşçi seferberlik zamani herbi xidmete gederken emek muqavilesine xitam verilirmi?

  4. Rauf 22 Oktyabr 2020

    Covid 19-la əlaqədar həkimə ödənilən əlavə maaş, cəbhəyə çaģırılmış həkimin orta aylıq maaşı hesablanarkən nəzərə alınırmı?

  5. Ceyhun 24 Oktyabr 2020

    Əgər işçi hərbi səfərbərliyə çağırılan dan əvvəlki iki ayda ödənişsiz məzuniyyətdə olmuşdursa bu halda bəs orta aylıq ə/h necə hesablanır?

  6. Kərimli Həcər 27 Oktyabr 2020

    Salam.Adım Həcər .Hacıqabul rayonundanam.Mən11-ci sinifdə oxuyuram.Hərbi təlimlərdə iştirak etmək istəyirəm.Hərbi təlimlər keçmək istəyirəm sadəcə.Lutfən qəbul edin məni də.Çox sağ olun.

  7. Seyfəli 02 Noyabr 2020

    Zəhmət olmasa mart ayı üçün deyin dörək nə qədər hesablanmalıdır?

  8. [email protected] 20 Noyabr 2020

    Salam zehmet olmasa sualim cvb yazin men iwlemirem ama hazrda çagriwci kim doyuwdeyem yaralamiwam mene tezminat duwur duw bilen yazsin xaiwnedrem ...

  9. Nurlan 20 Noyabr 2020

    Salam adım Nurlan melikzade hərbi xidmətdə olmuşam yaşım 33 manqal komandiri olmuşam kurs keçmşem özüm elektrik sahəsində oxumuşam peşə liçeyinde gəmi elektrik kimde işləmişəm iş olsa texniki işçi kimi işləyərkən

  10. Eliş 04 Dekabr 2020

    Salam qismen seferberlikle çağrıldıq texris olunduq ama heçbir emek haqqı verilmedi səbəbi nedir bilirsinizse bizede deyin

  11. Nihad 06 Dekabr 2020

    Salam ,men telefon temiri isinde clisiram 63 gun seferberlikde olmusam herbi bilete 3 gunun telim qalan 60 gunun seferberlik kimi qeyd olunub ve men dovletde islemediyimden mene verilecek odejisi nece bilerem bu haqda komekci olursaniz sevinerem

  12. Fərhad əsgərov 25 Dekabr 2020

    Salam men naxcivan muxtar respubilkasndan yaziram bizi seferberlikle cagirdilar ozum gune muzd isleyenem fehle isleyirem. 54 gun telimde olmusam bize hecne deyen yoxdur mayis haqqda kime deyirsen deyir melumatimiz yoxdur hec kim hecne demir idare dovlet isinden cagirlanlar hamisi emek haqqlarini aldilar be biz. Neyneyek hardan alaq qiwin bu gunu. Qaz. Borcu yigiwib hardan verek. İsde yoxdu. İslemeye melumatiniz varsa cvb verin baki terefde. Ayi 360aznden verilir. Burda hec ne demirler. Vayankamata muraciet eleyirik deyir hecne bilmirik hecne demeyibler. Bize

  13. Vuqar 20 Sentyabr 2022

    Salam..mudetden artiq herbi xidmet etmisem ve uygunsuzluqla ehtiyata buraxlmsam.bilmek isterdm meme rasot pulu yeni geyim ve yemek pulu dusurmu

  14. Vuqar 20 Sentyabr 2022

    Salam..mudetden artiq herbi xidmet etmisem ve uygunsuzluqla ehtiyata buraxlmsam.bilmek isterdm meme rasot pulu yeni geyim ve yemek pulu dusurmu

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər