İş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqı necə hesablanır? (3 misalla izah)

İş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqı necə hesablanır? (3 misalla izah)

Satışda olan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabının "Əmək haqqı" bölməsindən seçmə

İşəgötürən tərəfindən işçinin iş vaxtından artıq işlərə cəlb edilməsi ödənişli əsaslarla həyata keçirilməlidir. Əmək Məcəlləsinin 165-ci maddəsinə əsasən, işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir:
- əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla;
- əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.
Maddənin əsas mahiyyətini misallarla izah edək.

Misal 1. İşçinin 2019-cu ilin oktyabr ayı üzrə əmək haqqı 600 manatdır. Oktyabr ayı üzrə 23 iş gününün olmasını nəzərə alsaq, ay ərzində normal iş saatı 184 saat (8 saat x 23 iş günü) təşkil edir. Deməli, işçinin bir saata düşən əmək haqqı 3,26 manatdır. İşçi oktyabr ayı ərzində 5 saat işə çəlb edildiyi halda, ona əlavə olaraq 32,60 manat (3,26 manat x 5 saaat x 2 misli) əlavə əmək haqqı ödənilməlidir.
Misal 2. İşçi iş günü ərzində 3 saat olmaqla natamam iş vaxtı ilə çalışır və 2019-cu ilin oktyabr ayı üzrə əmək haqqı 600 manatdır. Oktyabr ayı üzrə 23 iş gününün olmasını nəzərə alsaq, ay ərzində işçinin iş saatı 69 saat (3 saat x 23 iş günü) təşkil edir. Bu zaman işçinin bir saata düşən əmək haqqı normal iş saatından fərqli olacaq: 8,69 manat. İşçi oktyabr ayı ərzində 5 saat işə çəlb edildiyi halda, ona əlavə olaraq 86,96 manat (8,69 manat x 5 saaat x 2 misli) əlavə əmək haqqı ödənilməlidir.
Əmək qanunvericiliyinin digər tələblərində olduğu kimi, əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənişi minimal tələbdir. İşəgötürən əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə əmək haqqının ödənilməsini nəzərdə tuta bilər.
Misal 3. İşəgötürən qərar verir ki, işçi ilə əmək müqaviləsində istehsalatda boşdayanmanın yaranmasının qarşısını almaq məqsədilə iş vaxtından artıq çalışan işçilərə əlavə iş saatına görə ikiqat yox, dördqat məbləğdə əmək haqqına əlavə ödənilməsi qeyd olunsun. İşəgötürən bu cür qərar vermək səlahiyyətinə malikdir, yetər ki, aşağı stavka ilə ödəniş nəzərdə tutmasın.
Qeyd edək ki, təşkilatımızın digər nəşri olan “A-dan Z-yə Kargüzarlıq” kitabında bu bölmədə izahı verilən bütün prosedurların sənədlərlə rəsmiləşdirilməsi nümunəvi formaların köməyi ilə geniş şəkildə təqdim edilib.

Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

 
 
 

1 Komment

  1. Sədi 20 May 2023

    Salam Əgər işçi vaxtamuzd yox işəmuzd işləyirsə onda necə hesablanır? günlük baxımınnan necə hesablanır yəni bayram və qeyri iş günlərinin əlavə saat necə hesablanır (qeyri iş günləri və əlavə saat)

Şərh yazın

Xəbərlər