Cümə axşamı, 10 Sentyabr 2020 07:34

Məktəblərdə hansı hallarda dərs yükləri vakansiyaya çıxarılır?

Satışda olan "A-dan Z-yə: Kargüzarlıq" kitabının "Ümumi təhsil müəssisələrində kargüzarlığın aparılması" bölməsindən seçmə

Əvvəlcə baxaq, hansı hallarda dərs yükləri vakansiyaya çıxarılır?

Vakant dərs yükü 18 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında bölüşdürülür. Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 18 saatadək olduğu halda isə digər müəssisələrdən əvəzçiliklə və ya saathesabı qaydasında müəllim dəvət olunması məsələsinə baxılır, bu mümkün olmadıqda həmin dərs saatları vakant hesab olunur və müsabiqəyə çıxarılması üçün təqdim edilir.
Maraqlıdır ki, qaydalara uyğun olaraq sosial məzuniyyət yeri üzrə dərs yükü vakansiyaya çıxarılmır. Sosial məzuniyyətdə olan müəllimlərə hər dərs ilinin əvvəlində tarifləşmə cədvəlində həftəlik dərs yükü ayrılır və əmrləşdirilir. Sosial məzuniyyətdə olan müəllimlərin dərs yükü ilə bağlı aşağıdakı ardıcıllıq gözlənilməklə qərar qəbul edilir:

- dərs yükü müəssisədə çalışan müəllimlər arasında bölüşdürülür;
- digər məktəblərdən əvəzçiliklə ixtisaslı müəllim dəvət edilir;
- mərkəzləşdirilmiş müsabiqədə iştiirak edərək keçid balı toplamış namizədlə yerli təhsili idarətemə orqanı və ərazi maliyyə hesablaşma mərkəzi ilə razılaşdırılmaqla əmək müqaviləsi bağlanılır.

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu Nazirlik tərəfindən 4 mərhələdən ibarət mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin keçirilmə vaxtı hər il nazirlik tərəfindən müəyyənləşdirilərək elan edilir.
Hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq işə qəbul üzrə müsabiqədə yalnız ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış işləməyən şəxslər, eləcə də müəssisələrdə müddətli əmək müqaviləsi ilə işləyən müəllimlər iştirak edə bilərlər.

Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın