Sınaq müddətində işçi xəstələndikdə rəsmiləşdirmə necə olmalıdır? (Nümünəvi forma)

Sınaq müddətində işçi xəstələndikdə rəsmiləşdirmə necə olmalıdır? (Nümünəvi forma)

Satışı davam edən "A-dan Z-yə: Kargüzarlıq" kitabının  "İşə qəbul, başqa işə keçirilmə, işdən kənarlaşdırma və işdən azad olunmanın rəsmiləşdirilməsi" bölməsindən seçmə

Sınaq müddəti işçinin biliklərinin və peşəkar vərdişlərinin yoxlanılması məqsədi ilə təyin olunur. Bəzən müəyyən səbəblərdən bunu əvvəlcədən nəzərdə tutulan müddətdə həyata keçirmək mümkün olmur. Məsələn, tutaq ki, 2 aylıq sınaq müddəti dövründə işçi əmək qabiliyyətini müvəqqəti olaraq 20 gün itirir. Bu zaman sınaq müddətinin işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi vaxt qədər artırılması ilə bağlı işəgötürən əmr imzalaya bilər. Belə əmrin nümunəvi forması aşağıdakı kimidir:

Blank “Alov” MMC
ƏMR
№________

Xaçmaz şəhəri ____ ________________2019-cu il

İşçinin sınaq müddətinin artırılması haqqında

Satış şöbəsinin sınaq müddətində olan işçisi Quliyev Rza Əşir oğlunun təqdim etdiyi 26 avqust 2019-cu il tarixli, ___№-li xəstəlik vərəqinə əsaslanaraq
ƏMR EDİRƏM:

1. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 51-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq Quliyev Rza Əşir oğlunun sınaq müddəti 20 (iyirmi) gün uzadılsın.
2. Sınaq müddətinin bitmə tarixi 23 oktyabr 2019-cu il tarixi hesab edilsin.
3. Əmrin icrasına nəzarət Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızına həvalə olunsun.
Direktor _______ Nəbili N.N.

Əmrlə tanış oldum: __________ Quliyev R.Ə.
Tarix: ________

Sınaq müddəti şərti ilə işə götürülmüş işçinin qiymətləndirilməsini aparmaq üçün mütləq ona sınaq rəhbəri təyin olunmalı və fərdi iş planı tərtib olunmalıdır. Fərdi iş planı, adətən 3 hissədən ibarət olur. Birinci hissədə sınaq dövründə işçiyə verilən tapşırıqlar və onların gözlənilən və faktiki icrası səviyyəsi qeyd olunur, müvafiq balla qiymətləndirmə aparılır. Tapşırıqları və onların planlaşdırılan icra səviyyəsi sütunlarını əvvəlcədən işçinin tabe olduğu struktur bölməsinin rəhbəri doldurur və kadrlarla iş şöbəsi ilə razılaşdırır. Tapşırıqların faktiki icrası sütununu da tapşırığın yerinə yetirilməsi ilə bağlı qoyulan müddət bitdikdən sonra bölmə rəhbəri doldurur və hər bir tapşırığın icrasına həm özü, həm də sınaq rəhbəri qiymət verir.

Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

 
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər