Əmək müqaviləsinə SINAQ müddəti ilə bağlı xitam verilərkən edilən 4 CİDDİ SƏHV

Əmək müqaviləsinə SINAQ müddəti ilə bağlı xitam verilərkən edilən 4 CİDDİ SƏHV

Satışda olan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabının "Əmək müqaviləsinə xitam qaydaları" bölməsindən seçmə

Təcrübədə sınaq müddətində özünü doğrultmaması səbəbi ilə işçinin əmək müqaviləsinə xitam verilməsi zamanı bəzi səhvlərə yol verilir ki, onlardan ən çox rast gəlinənləri haqqında məlumat vermək istərdik:

1) Əmək müqaviləsində sınaq müddəti qeyd edilmədiyi halda, işçinin sınaq müddəti dövründə özünü doğrultmadığı üçün əmək müqaviləsinə xitam verilməsi
Açıqlama: İşəgötürən işçi ilə 1 sentyabr 2019-cu il tarixdə müddətsiz və ya 1 il müddətli əmək müqaviləsi imzalayıb. Əmək müqaviləsində sınaq müddəti müəyyən edilməsə də, işəğötürən 3 ayın bitməsinə 3 gün qalmış sınaq müddətində özünü doğrultmadığı səbəbi ilə işçinin əmək müqaviləsinə xitam verir. Əmək Məcəlləsinin 51-ci maddəsinin 3-cü hissəsinə əsasən, sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur.

2) Sınaq müddəti ilə əmək müqaviləsi bağlanılmasına icazə verilməyən işçinin əmək müqaviləsində sınaq müddətinin nəzərdə tutulması və xitam zamanı ona istinad edilməsi
Açıqlama: İşəgötürən 2 yaşınadək uşağı olan qadınla 3 aylıq sınaq müddəti nəzərdə tutulan əmək müqaviləsi bağlayır. 3 ay ərzində işçi sınaq müddətində özünü doğrultmadığı səbəbi ilə işdən azad edilir. Əmək Məcəlləsinin 52-ci maddəsində əmək müqaviləsi bağlanılarkən sınaq müddəti müəyyən edilməyən halların siyahısı verilib. Hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər də həmin siyahıya aiddir.

3) Sınaq müddətinin 3 ay müəyyən olunmasına baxmayaraq, işçinin 2 aydan sonra işdən azad edilməsi
Açıqlama: Təcrübədə sınaq müddəti ilə bağlı rast gəlinən hallardan biri də, sınaq müddətinin 3 aylıq müəyyən olunmasına baxmayaraq, işçinin əmək müqaviləsinə 1-2 aydan sonra sınaq müddətində özünü doğrultmaması əsası ilə xitam verilir.
Qeyd edək ki, sınaq müddətinin tavan müddəti kimi 3 ay qeyd edilib, amma işəgötürənin hüququ çatır ki, daha az müddətdə sınaq müddəti müəyyən etsin. Misal üçün, işəgötürən hətta 10, 15 günlük də sınaq müddəti müəyyən edə bilər. O səbəbdən də, işçi ilə sınaq müddətinin 3 ay olaraq müəyyən olunması 1 aydan sonra işçinin sınaq müddətində özünü doğrultmaması qərarının verilməsi düzgün addım sayıla bilməz.

4) İşçinin sınaq müddətində başqa əsasla işdən azad olunmasına baxmayaraq, 70-ci maddənin “d” bəndinin göstərilməsi
Açıqlama: Əmək qanunvericiliyinə əsasən, sınaq müddətinin müəyyən olunmasında məqsəd işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaqdır. Qeyd edilən səbəbdən fərqli əsasla işçinin əmək müqaviləsinə xitam verilərsə, ona uyğun maddə qeyd edilməlidir.
Misal 1. İşçi sınaq müddəti dövründə qərar verir ki, öz təşəbbüsü ilə işdən azad olunsun. Bu halda işçinin əmək müqaviləsinə xitam verilməsi əmrində 70-ci maddənin “d” bəndi qeyd olunmamalıdır. İşçi öz ərizəsi ilə işdən çıxdığı üçün, 69-cu maddə qeyd olunmalıdır.
Misal 2. İşəgötürən sınaq müddəti ərzində bir neçə dəfə işçinin sərxoş vəziyyətdə işə gəlməsini müəyyən edir və bu halları rəsmiləşdirir. Daha sonra isə əmək müqaviləsinə xitam verir. Bu halda işçinin əmək müqaviləsinə xitam verilməsi əmrində Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndi ilə yox “ç” bəndi qeyd edilməlidir. Çünki “İşçinin sınaq müddəti dövründə özünü doğrultmaması” anlayışı özündə əmək intizamının kobud şəkildə pozulmasını ehtiva etmir.

Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)

adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər