Karantin rejimində İşəgötürən işçilərin hamısını ödənişsiz məzuniyyətə çıxara bilər?

Karantin rejimində İşəgötürən işçilərin hamısını ödənişsiz məzuniyyətə çıxara bilər?

Satışda olan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabının "Karantin rejimində əmək münasibətləri" bölməsindən seçmə

Həmkarlarımızı maraqlandıran məsələlərdən biri də, Əmək Məcəlləsinin 146-ci maddəsindəki “işçilərin qrup halında” məzuniyyətə göndərilməsi məsələsidir. Burada sual yaranır ki, işəgötürən bəzi işçiləri saxlamaqla digərlərini, yoxsa bütün işçiləri məzuniyyətə göndərmək hüququna malikdir?
Misal 1. İdman federasiyası pandemiya zamanı kütləvi idman tədbirlərinin dayandırılmasını əsas gətirərək, bütün texniki və inzibati işçiləri bir aylıq ödənişsiz məzuniyyətə buraxır. Yəni işəgötürən hesab edir ki, idman tədbirləri həyata keçirilmədiyindən hər hansı işçinin işə gəlməsinə və ona əmək haqqı hesablanmasına ehtiyac yoxdur.

Misal 2. Pərakəndə kofe satışı ilə məşğul olan işəgötürən pandemiya ilə bağlı qərara uyğun olaraq, yerində (obyektində) müştərilərə xidməti dayandırdığından ancaq çatdırılma xidmətindən (take away) istifadə etməklə fəaliyyət göstərir. Bunu nəzərə alan işəgötürən qərar verir ki, 10 satış işçisindən 5-ni Əmək Məcəlləsinin 146-ci maddəsinə uyğun olaraq ödənişsiz məzuniyyət buraxsın.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 146-cı maddəsinin 1-ci hissəsində işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxılması nəzərdə tutulur. Burada bütün işçilərin qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxılması göstərilmir. Lakin bütün hallarda bu maddə tətbiq edilərkən işçilərin qrup halında məzuniyyətə buraxılması əsaslandırılmalı, ilk növbədə, istifadə edilməmiş əmək məzuniyyəti olan işçilərə əmək məzuniyyətlərinin verilməsi təmin edilməli, ödənişli, yaxud ödənişsiz məzuniyyət verilərkən işçilər arasında ayrı-seçkilik yaradılmamalıdır.

Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)

adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

 
 
 

1 Komment

  1. Nazim 31 Oktyabr 2020

    Salam.Ümümiyyetle işəgötürən işçini iş yerinin fəaliyyəti müvəqqəti dayandıgda neçe ay maximum ödənişsiz məzuniyyətə çıxara bilər.?

Şərh yazın

Xəbərlər