Struktur vahidinin (bölməsinin) ixtisar zamanı ştat cədvəlinə dəyişiklik necə rəsmiləşdirilməlidir?

Struktur vahidinin (bölməsinin) ixtisar zamanı ştat cədvəlinə dəyişiklik necə rəsmiləşdirilməlidir?

Satışda olan "Kargüzarlıq: A-dan Z-yə" kitabının "Vakant iş yerlərinin “Məşğulluq” alt sisteminə daxil edilməsi prosedurları və onların rəsmiləşdirilməsİ" bölməsindən seçmə

Mümkündür ki, struktur vahidinin daxil edilməsi zamanı səhvə yol verilsin. O halda səhv silinməlidir. Ümumilikdə isə, silinmə 3 səbəbdən aparıla bilər:
- İxtisar;
- İş yerinin ləğvi;
- Səhv daxil etmə.

Yuxarıdakı qeyd etdiyimiz kimi ştat cədvəlinə dəyişikliklərin rəsmiləşdirilməsi ilə bağlı müvafiq bölmədə ətraflı məlumat (əsaslandırma) təqdim etdiyimizdən təkrarçılığa yol vermirik. Sadə şəkildə tərtib olunmuş əmr forması üzərindən struktur vahidinin ixtisarını nəzərdən keçirək.
Tutaq ki, təşkilatımızda 1 ştat vahidi redaktor, 1 ştat baş redaktor vəzifəsi olan redaktorluq struktur vahidi var. Təşkilatın maliyyə vəziyyəti pisləşdiyindən, gəlirlər kəskin şəkildə azaldığından işəgötürən qərara alır ki, struktur vahidini (bölməsini) ixtisar etsin. Bu halda ştat cədvəlinə aşağıdakı şəkildə dəyişiklik edilməsini nəzərdə tutan əmr imzalanmalıdır.

Blank “Alov” MMC
ƏMR
№________

Bakı şəhəri ____ ___________________2020-ci il

Ştat cədvəlində dəyişiklik edilməsi haqqında
“Alov”MMC-nin təşkilati struktrunun təkmilləşdirilməsi məqsədilə
ƏMR EDİRƏM:


1. Cəmiyyətin direktorunun ____ ______ 2020-ci il tarixli, ____№-li əmri ilə təsdiq olunmuş 1 yanvar-31 dekabr 2020-ci iş ili üçün ştat cədvəlində aşağıdakı dəyişiklik edilsin:
1.1. 1(bir) ştat vahidi redaktor, 1 (bir) ştat vahidi baş redaktordan ibarət “Redaktorluq” struktur vahidi (bölməsi) ixtisar edilsin.
1.2. Ştat cədvəlindəki dəyişiklik barədə məlumatlar elektron qaydada “Məşğulluq” altsisteminə daxil edilsin.
1.3. Əmrin icrasına nəzarət Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızına həvalə olunsun.
Direktor _______ Nəbili N.N.
Tarix: ________

Təbii ki, bu bölmədə nümunəvi formaları təqdim etdikdə ancaq ştat cədvəli ilə bağlı məsələləri əhatə etməyə çalışırıq. Unutmayın ki, işçi ixtisara düşdükdə və ya onun vəzifəsi ləğv edilərək ştat cədvəlindən çıxarıldıqda müəyyən müddətləri nəzərdə tutan xəbərdarlıq prosedurundan istifadə olunmalı və ona Əmək Məcəlləsinə müvafiq olaraq son haqq-hesab və işdənçıxma müavinətlərinin verilməsini nəzərdə tutan rəsmiləşdirmələr həyata keçirilməlidir. Bu barədə kitabın digər bölmələrində ətraflı məlumat verilib.

Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)

adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər