Bazar ertəsi, 10 Avqust 2020 07:24

İşəgötürən işçinin sınaq müddətində əmək müqaviləsini pozmaq istəyirsə, proses necə tənzimlənməlidir? (Nümünəvi forma)

Satışda olan "A-dan Z-yə: Kargüzarlıq" (III nəşr) kitabının " İşə qəbul, başqa işə keçirilmə, işdən kənarlaşdırma və işdən azad olunmanın rəsmiləşdirilməsi" bölməsindən seçmə

Əgər işəgötürən sınaq müddətində əmək müqaviləsini pozmaq istəyirsə, mütləq işçiyə yazılı xəbərdarlıq etməlidir. Belə xəbərdarlığın nümunəvi formasını təqdim edirik:

“Alov” MMC

Satış şöbəsinin meneceri
Nəsibov Amil Seymur oğluna

Xəbərdarlıq
Sınaq müddətinin nəticəsinin qeyri-qənaətbəxş hesab edilməsi haqqında2.

Sınaq müddəti dövründə icra etdiyiniz işlə bağlı biliklərinizin və peşəkarlıq səviyyənizin yoxlanılması məqsədi ilə tərtib olunmuş fərdi iş planının nəticələrinə görə (və ya tabe olduğunuz struktur bölməsinin rəhbərinin _____ ________2019-cu il tarixli xidməti yazısına uyğun olaraq) siz sınaq müddətindən keçməmiş sayılırsınız.
 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 53-cü maddəsinin birinci hissəsinə uyğun olaraq sizinlə bağlanılmış ___ _____ 2019-cu il tarixli, ___№-li əmək müqaviləsinə 03 oktyabr 2019-cu il tarixində xitam veriləcək.

Kadrlarla iş şöbəsinin müdiri __________Ağazadə N.H.

Xəbərdalıqla tanış oldum və 1 (bir) nüsxəsini aldım:

________ Nəsibov A.S.

31 sentyabr 2019-cu il

Şərh yazın