İşçilərlə işəgötürənlər arasında mübahisə doğuran məsələlərdən biri məzuniyyət haqqının hesablanmasıdır. Bəzən hesablanan məbləğlə işçinin iş vaxtı aldığı məbləğ arasında fərq yaranır.

İqtisadçı ekspert Anar Bayramov bu məsələyə aydınlıq gətirmək üçün Əmək Məcəlləsinin 140-cı maddəsinin tələbləri əsasında əmək məzuniyyətinin hesablanmasını düstur şəklində təqdim edir. Həmin maddədə qeyd olunur ki, məzuniyyət günlərinin haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əməkhaqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına – 30,4-ə bölmək yolu ilə bir günlük əməkhaqqının məbləği müəyyən edilir.