İşçiyə 3 yaşadək uşağa qulluq edilməsi ilə bağlı məzuniyyətin ƏMR FORMASI

İşçiyə 3 yaşadək uşağa qulluq edilməsi ilə bağlı məzuniyyətin ƏMR FORMASI

Satışda olan "A-dan Z-yə: Kargüzarlıq" (III nəşr) kitabının "Müavinətlərin verilməsi prosedurları, onlara tələblər və sənədlərlə rəsmiləşdirilməsi" bölməsindən seçmə

Əmrin nümunəvi forması isə növbəti səhifədəki kimi olur:

Blank “Atəş” MMC
ƏMR
№________

Neftçala şəhəri ____ ________________2019-cu il

İşçiyə 3 yaşadək uşağa qulluq edilməsi ilə bağlı məzuniyyətin təqdim edilməsi barədə
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 127-ci maddəsini rəhbər tutaraq, “Atəş” MMC-nin Müavinət komissiyasının ____ _____________2019-cu il tarixli, ____№-li protokoluna və Kadrlarla iş şöbəsinin mütəxəssisi Quliyeva Əsmər Qadir qızının ___ _______2019-cu il tarixli ərizəsinə əsaslanaraq
ƏMR EDİRƏM:


1. Kadrlarla iş şöbəsinin mütəxəssisi Quliyeva Əsmər Qadir qızına ___ _______ 2019-cu il tarixindən ___ ________ 2021-ci il tarixinədək uşağa qulluğa görə sosial məzuniyyət təqdim edilsin.
2. Baş mühasib Səlimova Sultanə Sabir qızına və Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızına tapşırılsın ki, Quliyeva Əsmər Qadir qızına ___ ____________2019-cu il tarixdən ___ _________ 2020-ci il tarixinədək (bir yaş yarımadək) - 44 manat məbləğində, ___ ____________2020-ci il tarixdən ___ _________ 2021-ci il tarixinədək isə (bir yaş yarımdan üç yaşınadək) - 28 manat məbləğində aylıq müavinət təyin edilməsi ilə bağlı tələb olunan sənədlərin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov şöbəsinə təqdim olunmasını həyata keçirsinlər.
3. İşçinin işə başlama tarixi ____ ________ 2021-ci il hesab olunsun.
4. Əmrin icrasına nəzarəti özümdə saxlayıram.
Direktor _______ Nəbili N.N.
Əmrlə tanış oldum:
__________ Səlimova S.S.
Tarix: ________
__________ Quliyeva Ə.Q.
Tarix: ________

Mks.az saytının ekspertləri əmək qanunvericiliyinin şərh edildiyi “Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr)

və kargüzarlığın təşkili, aparılması və bütün növ kadr rəsmiləşdirilməsini əhatə edən “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)

adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

1 Komment

  1. Xəyalə 04 Avqust 2020

    Salam hansı sənədləri təqdim etməliyəm

Şərh yazın

Xəbərlər