Çərşənbə axşamı, 28 İyul 2020 07:08

COVİD-19 pandemiyası ilə bağlı karantin dövründə işəgötürən işçiyə boşdayanma üçün ödəniş edə bilərmi?

Satışda olan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabının "Karantin rejimində əmək münasibətləri" bölməsindən seçmə

Fəaliyyəti tam məhdudlaşdırılan sahələr üzrə əmək münasibətləri haqqında kifayət qədər məlumat verdik. İndi isə fəaliyətinə qismən və ya tam icazə verilən sahələr üzrə əmək münasibətləri haqqında biliklərimizi paylaşaq.
Nazirlər Kabinetinin 31 mart 2020-ci il tarixli, 122 saylı qərarında dövlət orqanlarında və qurumlarında işə cəlb edilməyən işçilərin əmək haqqının saxlanılması konkret qeyd edilib:
“1.4. bu Qərarın 2 nömrəli əlavəsində müəyyən edilmiş fəaliyyətinə icazə verilən sahələrdən başqa, digər sahələrdə işə cəlb edilməyən işçilərin əmək haqlarının saxlanılması işəgötürənlərə ciddi tövsiyə edilsin;
1.5. imkan oduqda işə cəlb edilməyən işçilərin öz evində, habelə distant (məsafədən) iş və ya teleiş formasında işləmələri təmin edilsin;
Fəaliyyət tam məhdudlaşdırılmayan sahələr üzrə karantin rejiminə uyğun gələn maddələrdən biri də, Əmək Məcəlləsinin 169-cu maddəsidir. “Boşdayanma vaxtı əməyin ödənilməsi” adlı 169-cu maddəyə əsasən, boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.

Misal. Fəaliyyətinə icazə verilən turizm müəssisəsi ancaq xarici səfərlərin təşkili ilə məşğul olduğu üçün, məcburi boşdayanma yaranıb. Bu zaman işəgötürən qərar verir ki, işçilərin tarif maaşının üçdə iki hissəsini ödəsin və onlar müəyyən müddət işə gəlməsinlər.
Turagentin operatorunun aylıq əmək haqqının 600 manat, satışlara görə bonusunun 200 manat olmasına baxmayaraq, işəgötürən yalınız tarif maaşının 2/3-ni, yəni 400 manat (600 manat x 2 / 3) manat ödəməklə işçiləri evə buraxa bilər.

Mks.az saytının ekspertləri əmək qanunvericiliyinin şərh edildiyi “Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr)

və kargüzarlığın təşkili, aparılması və bütün növ kadr rəsmiləşdirilməsini əhatə edən “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)

adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın