Cümə, 24 İyul 2020 06:50

Məzuniyyətə aid edilən staj dedikdə, hansı dövrlər nəzərdə tutulur? (Misallarla izah)

Satışda olan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" (II nəşr) kitabının "Məzuniyyətlər" bölməsindən seçmə

Əmək Məcəlləsinin 132-ci, “Məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrlər” adlı maddəsinə əsasən, əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktiki işlədiyi vaxt və aşağıdakı dövrlər daxil edilir:

a) İş yerinin və bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək haqqının saxlanılması şərti ilə işçinin işdən ayrıldığı dövr;

b) Qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü;
c) Əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr;
ç) Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində işdən (vəzifədən) azad edilmiş və ya kənarlaşdırılmış və müəyyən edilmiş qaydada tam bəraət almış işə (vəzifəyə) bərpa edilən şəxsin məcburi işburaxma dövrü və ya həbsdə olduğu dövr.

Həmçinin, qeyd olunan maddənin 2-ci hissəsində qeyd edilir ki, Məcəllənin 127-ci maddəsində nəzərdə tutulan qismən ödənişli sosial məzuniyyət müddəti, məzuniyyət hüququ verən əmək stajına daxil edilmir.
Misal 1. İşçi 1 noyabr 2019-cu il tarixdən işə qəbul olunub. 1 aprel 2020-ci il tarixdə, yəni işə qəbul olunduqdan 5 ay sonra xəstələnərək əmək qabiliyyətini 2 aylıq itirib. Bu halda işçi iyun ayında 6 aylıq iş stajı yarandığına görə əmək məzuniyyəti hüququndan istifadə edə bilər? Bəli, Əmək Məcəlləsinin 132-ci maddəsinə əsasən, işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi dövr əmək məzuniyyətinə hüquq verən əmək stajına daxil edilir.
Misal 2. 1 dekabr 2019-cu il tarixdən işə başlayan işçi, işə qəbul olunduqdan 5 ay sonra, 1 may 2020-ci il tarixdə işəgötürənin razılığına əsasən 3 aylıq ödənişsiz məzuniyyətə çıxıb. İşçi 3 aylıq ödənişsiz məzuniyyətdən qayıtdığı avqust ayında əmək məzuniyyəti hüququndan istifadə edə bilər? Xeyr, çünki ödənişsiz məzuniyyətin müddəti məzuniyyət hüququ verən əmək stajına daxil edilmir.
Misal 3. İşçi 1 may 2020-ci il tarixdə 3 illik müddətə qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə edir. Əmək Məcəlləsinin 132-ci maddəsinə əsasən, qismən ödənişli sosial məzuniyyət müddəti, məzuniyyət hüququ verən əmək stajına daxil edilmədiyi üçün işçiyə 3 illik dövr üçün məzuniyyət günləri hesablanmır.

Mks.az saytının ekspertləri əmək qanunvericiliyinin şərh edildiyi “Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr)

və kargüzarlığın təşkili, aparılması və bütün növ kadr rəsmiləşdirilməsini əhatə edən “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)

adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 
 
 

Şərh yazın